Müdafiə Nazirliyi 20 min şəxsi işə götürüb
Tarix: 24-06-2015 | Saat: 11:27
Bölmə:M / Karusel / M2 / Ekskluziv | çapa göndər
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ildən bugünədək ordumuzun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.Xeberaz.az-ın Lent.az-ın və nazirliyin saytına istinadən xəbərinə görə, Z.Həsənov bildirib ki, qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir 152 mm “Msta-S”, 120 mm “Vena” özüyeriyən artilleriya qurğuları, 122 mm “Sakarya” reaktiv yaylım atəşi sistemləri, 120 mm “Sani” minaatan kompleksləri, 220 mm TOS-1A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub. Nazir əlavə edib: “Sözsüz ki, çətin təbii şəraitdə xidmət edən və torpaqlarımızın qorunması kimi məsuliyyətli bir vəzifəni öhdəsinə götürən hərbi qulluqçuların sosial-məişət şəraiti və əşya-ərzaq təminatı da daim diqqət mərkəzindir.
İlk növbədə ön xətdə yerləşən və digər hərbi hissələr daha müasir, şəxsi heyətin təhlükəsizliyini daha səmərəli təmin edən zirehli dəbilqələrlə təchiz olunub. Hərbi qulluqçuların geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində də əsaslı dəyişikliklər baş verib. Onlar birdəfəlik sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə təmin edilir.
Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Qısa müddətdə relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi həllini tapıb. Həmçinin ön xətdə yerləşən hərbi hissələrin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə onlar qablaşdırılmış su ilə təmin olunur. Ali Baş Komandanın tapşırığı ilə orduda həyata keçirilən mühüm islahatlardan biri də məişət və təsərrüfat fəaliyyəti ilə bağlı vacib tapşırıqların təcrübəli mülki işçilərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına həvalə edilməsidir. Hazırda Silahlı Qüvvələrdə təxminən 20 min nəfərədək mülki şəxs və 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlə təmin edilib".
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

30-09-2022, 08:40
Cavanşir Məmmədovun qızı ilə bağlı ŞOK İDDİA: “Facebook”da tanış olduğu kişini aldadıb?
10-05-2016, 19:26
ABŞ-ın hazırlığını alqışlayırıq - Zaxarova
2-06-2018, 22:08
Motor yağı, seks və bakirəlikdən yazan polkovnik danışdı
22-07-2023, 11:57
"Valideynlərinin məzarını selfi üçün ziyarət edirsən?"
26-06-2017, 11:13
Bakıda 22 yaşlı model qız estetik əməliyyatdan sonra öldü - FOTOLAR
22-03-2016, 10:20
Transseksual modeldən cəsarətli FOTOSESSİYA
16-04-2016, 23:31
Üç uşaq anası olan Vüsalə özünü yandırdı
3-08-2017, 10:57
Abituriyentlərin yarısı 200 baldan AZ TOPLADI - FOTO
15-05-2020, 16:07
Bərdədə 63 yaşıı qadını küçə iti dişlıdi