Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Motor yağı, seks və bakirəlikdən yazan polkovnik danışdı
Tarix: 02-06-2018 | Saat: 22:08
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Quran oxuyur və namaz qılıram, lakin özümü dindar saymıram.
Xəbəraz.Az-ın xəbərinə görə, bunu unikal.org saytına müsahibəsində “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” adlı qalmaqallı kitabın müəllifi, FHN polkovnik-leytenant Əbülfəz Kazımov deyib.
Ə.Kazımov bildirib ki, Allahın buyurduğu İslam qaydalarına bacardığı qədər əməl edir:
“Mən kitabımda insanları İslam əxlaqına səsləmişəm. Əsas məssəblərimdən biri bu olub. Uzun illərdir insanlar arasında işləyirəm. Bilirəm ki, insanlar ən çox nələrə maraq göstərirlər. Kitab müəllif kitabıdır. Nə lazımdırsa orada yazmışam. Bu kitaba heç kim qadağa qoya bilməz. Məni şərləyirlər. Bu, mənə atılan ilk böhtan deyil. Son bir neçə ayda mənə çoxlu böhtanlar atılıb. Mən elm adamıyam. Tarix elmləri namizədiyəm. Ürəyim sözlə doludur.
Ə.Kazımov kitabın izahını yalnız oxuyanlar üçün verə biləcəyini qeyd edib: 
“Kitabdan lazımdırsa mən sizə hədiyə verə bilərəm. Kitabı oxumayanlar, haqqımda mənfi fikir söyləyirlər. Hamısı yalandır. Bir gün ərzində məni çox incitdilər”.
Bundan əlavə yeddi kitab müəllifi olduğunu qeyd edən polkovnik-leytenant əvvəl də iki kitabında ədəbi mozaika janrından istifadə etdiyini vurğulayıb. 
“Bu üçüncü kitabımdır ki, sekslə bağlı fikirlərdən istifadə etmişəm. Mənə atılan böhtanlar kitaba görə deyil. Sadəcə düşmənlərim çoxalıb. Mən kitablarımda insanlara çox şeyi başa salmağa çalışmışam. Heyvanların adını çəkmişəm. Müqayisə elə, ay insan, sən hara gedirsən? Sən kimsən, vəhşiləşirsən? Adamlar elə hərəkət edir ki, görürsən ki, insanlar vəhşiləşməyə doğru gedir. Kitabımda bunu yazmışam da, ay qardaş”, - deyə o bildirib.
“Bax siz jurnalistsiz. Ədəbi mozaika deyilən bir janr var. Bu texniki kitab olduğuna görə, sekslə bağlı fikirlər səsləndirmişəm. Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm”, - FHN rəsmisi əlavə edib.
Ə.Kazımov bu kitabın dərslik üçün nəzərdə tutulmadığını, müəllif kitabı olduğunu qeyd edib:
“Kitabım bir aydır çapdan çıxıb. Ancaq yaxın tanışlara hədiyyə etmişəm. Sizə də hədiyyə edəcəm”.
İşdən çıxarılmasına dair məlumatlara aydınlıq gətirən polkovnik-leytenant bildirib ki, vəzifəsindən azad olunmayıb:
“Sadəcə olaraq mənə öz xoşumla məcburi ərizə yazdırmaq istəyirlər. Ancaq mən isə ərizə yazmaqdan imtina edirəm. Çalışırlar ki, məni razı salsınlar”.


Xəbəri paylaş

9288 dəfə oxunub.

Digər xəbərlər
29-03-2017, 13:41 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___