Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı 2015-də idmançı cəzalandırıldı
Tarix: 19-06-2015 | Saat: 13:01
Bölmə:M / Karusel / İdman / Fotogalereya / Araşdırma | çapa göndər

Bakı 2015-də idmançı cəzalandırıldı
Boksçu Reksildo Zenelinin (ALB) oyundan kənarlaşdırılması barədə Avropa Olimpiya Komitələri bəyanat yayıb.
AOK Albaniya təmsilçisini Bakı 2015-də anti-dopinq şərtlərini pozduğuna görə oyundan kənarlaşdırıb.

ANS PRESS-in məlumatına görə, Bakı 2015 Avropa Oyunları çərçivəsində tətbiq olunan AOK-un Anti-dopinq qaydalarını pozduğuna görə alban idmançı Reksildo Zeneli yarışdan kənarlaşdırılıb.

Alban boksçu Zeneli Avropa Oyunlarında yarışlara qatılmaq üçün iyunun 13-ü verdiyi sidik nümunəsi Avstriyanın Zaybersdorf şəhərinə aparılaraq yoxlanılıb. Yoxlanma nəticəsində onun sidiyində “furosemide” tapılıb. Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında tətbiq olunan AOK-un anti-dopinq qaydalarına əsasən furosemide istifadəsi qadağan olunan maddələrin siyahısında S5 adı altında yer alır.

Buna görə də Zenelinin Anti-dopinq qaydalarını pozduğu aşkar edilib və AOK İcraiyyə Komitəsi tərəfindən , AOK-nin hüquqi, yaş məhdudiyyəti və dopinq məsələləri üzrə komitələrinin rəyi əsasında onun Avropa Oyunlarında iştirakına qadağa qoyulub. Zeneli Avropa Oyunlarında iştirak etməyəcək. Gələcəkdə isə onun anti-dopinq proseduru ilə müvafiq beynəlxalq təşkilatlar məşğul olacaq.

Bakı 2015 Avropa Oyunları Anti-dopinq proqramı hərtərəfli və güclü anti-dopinq proseduru olmaqla burada iştirak edəcək bütün idmançılara qarşı tətbiq olunur. Dünya Anti-dopinq Agentliyi tərəfindən qadağan olunan maddələr idmançılarda aşkar olunduğu təqdirdə həmin idmançılara Avropa Oyunlarında tətbiq olunan AOK-un Anti-dopinq qaydaları çərçivəsində sanksiyalar tətbiq olunacaq.


Xəbəri paylaş

5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___