İslamiadada Bakı məktəblərində dərslər təxirə salınacaq?- Rəsmi AÇIQLAMA
Tarix: 14-04-2017 | Saat: 16:59
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Bakı Şəhəri üzrə Təhsil İdarəsi mayın 12-dən başlayaraq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt məktəblərində dərs vaxtında hansısa dəyişikliklərin olub-olmayacağına münasibət bildirib.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, bununla bağlı İdarənin müdiri Məhəbbət Vəliyeva deyib ki, Oyunların yüksək beynəlxalq tədbir olduğunu və əhəmiyyətini nəzərə alaraq orta məktəb şagirdlərinin, məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür.
O qeyd edib ki, bu işin təşkili və nəzarəti İdarə tərəfindən həyata keçirilir: "Belə olan hallarda tədris proqramlarının vaxtında yerinə yetirilməsi, başa çatdırılmasını əsas məqsəd kimi unutmuruq. Bu səbəbdən də tədris prosesinə mane olmadan bu tədbirdə Bakı məktəblərinin iştirakı təmin olunacaq.
Bunun üçün xüsusi təşkilati işlər görülür. Lakin Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınması ilə bağlı Təhsil Nazirliyi tərəfindən bu günə qədər bizə heç bir tapşırıq və ya göstəriş verilməyib. Əgər hər hansı göstəriş olarsa, o zaman məsələ tərəfimizdən icra olunacaq".
Xəbəri paylaş
1 0098 dəfə oxunub.
Digər xəbərlər

28-06-2022, 11:32
Bakıda qadın qız tanışını oteldə bıçaqladı
15-09-2017, 20:41
“WHATSAPP”DAN MÖHTƏŞƏM YENİLİK
20-01-2016, 21:28
Günəş sistemində gizli planet aşkarlandı
14-05-2017, 13:57
Azərbaycanlı milyonçu aktrisanın əri ilə dalaşdı - STƏKAN ATDILAR
12-07-2020, 21:20
ABŞ-da 3,3 milyondan çox insan koronaya yoluxub
14-04-2016, 12:50
Qətl törətməkdə təqsirləndirilən idmançı qıza hökm oxunub
1-12-2016, 11:52
Yaşayış minimumu 19 manat artırılır - Gələn ildən
23-05-2016, 14:10
Jirinovski sərsəmlədi: “Növbə Qazaxıstanındır...”
13-06-2015, 16:57
Qızıl medala namizəd karateçilərimiz (VİDEO)