Azərbaycanda bu şəxslər üçün qəbul imtahanları pulsuz olacaq - SƏRƏNCAM
Tarix: 24-02-2017 | Saat: 19:44
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə qərara alıb:
1. Orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin:
1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.
2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Sərəncamın 1-ci hissəsinə əsasən imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan on beş gün müddətində hazırlayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. bu Sərəncamın 2-ci hissəsinə müvafiq qaydada Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan siyahı əsasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq hesablanmış vəsaitin həmin siyahı təqdim edildikdən sonra on beş gün müddətində “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsait hesabına Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə ödənilməsini təmin etsin;
3.2. 2018-ci il və sonrakı illərin dövlət büdcəsinin layihələrində bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə vəsaitin nəzərdə tutulmasını təmin etsin.
Xəbəri paylaş
7988 dəfə oxunub.
Digər xəbərlər

22-10-2016, 11:51
Uorlik: "Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək"
12-07-2021, 10:48
Məktəblilər üçün yeni forma gəlir: İndiki məktəbli formalarının aqibəti necə olacaq?
30-09-2022, 13:07
Bakıda polisdən qaçan sürücü dəhşət yaşatdı, atəş açıldı - ANBAAN VİDEO
20-10-2023, 14:58
Bakıda gəlinini güllələyən kişi tanınmış şəxs imiş
20-06-2018, 10:24
Elşad Miraləm Diaspor Komitəsindəki işindən azad edildi
3-09-2015, 00:32
19 yaşlı qız toy ərəfəsində polis serjantı ilə qoşulub qaçıb+Video
16-01-2019, 11:51
ÜST Azərbaycanda siqaretin bahalaşmasını istəyir
19-05-2020, 19:40
Acun bu futbol klubunu alacaq
15-08-2023, 17:00
Şüşə qablarda İÇMƏLİ SUYUN zərəri - ÖLÜM RİSKİ VAR
20-11-2022, 13:19
Hacı İbrahim yeni biznesə başlayıb? (TƏFƏRRÜAT)