Əsəd Putinə söz verdi
Tarix: 30-12-2016 | Saat: 02:32
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Rusiya və Suriya prezidentləri - Vladimir Putin və Bəşər Əsəd arasında telefon danışığı olub.
Bu haqda Kremlin rəsmi saytında bildirilir.
Məlumata görə, dövlət başçıları Suriyada əldə olunan atəşkəs razılaşması və Astanada gələn ay keçirilməsi planlaşdırılan Suriya üzrə danışıqları müzakirə ediblər.
“Telefon danışığında Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs rejimi və siyasi prosesə keçid haqqında razılaşmalara yüksək qiymət verilib. Suriya lideri razılaşmalara riayət etməyə hazır olduğunu ifadə edib”, - xəbərdə deyilir.
Rusiya və Türkiyə arasında Suriya üzrə aparılan danışıqlar nəhayət ki, bu gün nəticə verib. Rusiya prezidenti ölkənin xarici işlər və müdafiə nazirləri ilə görüşündə Suriyada atəşin dayandırıldığını və sülh danışıqlarına başlandığını elan edib.
“İndi bizim uzun müddətdir gözlədiyimiz xəbər gəldi. Üç sənəd imzalanıb. Birinci sənəd Suriya ərazisində atəşin dayandırılması haqqında Suriya hökuməti və silahlı müxalifət arasında imzalanıb. İkinci sənəd atəşin dayandırılması rejiminə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Üçüncü sənəd Suriya böhranının nizama salınması üzrə sülh danışıqlarının başlanmasına hazırlıq haqqında bəyanatdır”, - deyə Putin bildirib.
Xəbəri paylaş
6798 dəfə oxunub.
Digər xəbərlər

26-02-2017, 09:11
“Qarabağda müharibə olmayacaq” - Mixail Neyjmakov
30-06-2015, 13:38
İyulun ilk gününə olan hava proqnozu açıqlandı
7-11-2018, 13:45
"Arvaddan qorxmayan kişi kişi deyil" - Kərim
3-07-2015, 16:08
“Həci başqadı” videosunun yayımlayan döyüldü – AUDİO
10-11-2020, 01:01
AKP: Ermənistanı dəstəkləyən ölkələri...
4-05-2017, 17:44
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib-FOTOLAR
26-06-2018, 15:59
İlham Əliyev Hulusi Akarla görüşdü
16-04-2015, 00:23
Goranboyda yaşayan birinci qrup əlil görənləri heyrətə gətirir.
1-08-2016, 20:18
“Space”in keçmiş rejissoru vəfat edib
27-08-2015, 20:22
Prezident sərəncam imzalayıb