Zakir Qaralovu qəbul edib
Tarix: 17-03-2015 | Saat: 01:04
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad olunub.
Xeberaz.az Azərtac-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş prokuror Zakir Qaralovu qəbul edib.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çəkilib.
Səfər çərçivəsində Türkiyənin Ali Məhkəməsinin baş prokuroru Hasan Erbillə görüş olub.
Görüşdə Türkiyə Baş prokurorluğunun strukturu və fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.
Tərəflər iki qardaş ölkələrin prokurorluq orqanları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Cümhuriyyətinin Ali Məhkəməsinin Baş Prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.
Tərəflər sənədin imzalanmasını mühüm hadisə kimi qiymətləndirərək, anlaşma memorandumunun qardaş ölkələrin prokurorluq orqanları arasında təcrübə mübadiləsi, tədris və digər sahələrdəki əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildiriblər.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit ilə də görüşüb.
Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri vəzifəsinə yeni seçilən Rüştü Ciritə Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri Ramiz Rzayevin məktubunu çatdırıb.
İsmail Rüştü Cirit tezliklə Azərbaycana səfər edəcəyini bildirib.
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

13-08-2019, 08:43
Manyak 8 yaşlı qıza təcavüz etdi - Sonra isə...
13-07-2021, 08:41
Tələbəyə “şamtutan” deyən direktor məhkəmə qarşısında
29-01-2016, 23:13
“Tarqovı”da polisdən qaçan gitaraçı huşunu itirdi
28-05-2016, 13:13
Bayram günlərində işləyəcək banklar - Siyahı
13-09-2016, 10:27
Mətanət İsgəndərli məhkəməyə çağrılacaq
13-06-2016, 16:54
Əkbər Qoşalı daha bir ödül aldı - Foto
18-02-2016, 13:40
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
11-03-2019, 11:53
Uşaqpulunun bərpası üçün hökumətə təklif verildi
28-02-2018, 11:15
Bakıda bayram yarmarkaları açılır