Ramiz Mehdiyevə yeni vəzifə verildi - Prezidentdən SƏRƏNCAM
Tarix: 14-11-2016 | Saat: 14:02
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
"Xəbəraz.az " AZƏRTAC-a istinadən sərəncamı təqdim edir:
"Ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranmışdır.
Göstərilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri;
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri;
Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri;
Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
2. Dövlət Komissiyası bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırsın, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirsin, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".
Xəbəri paylaş
1 0248 dəfə oxunub.
Digər xəbərlər

3-12-2022, 13:12
Sabah Bakıda çiskin olacaq, dağ ərazilərə qar yağacaq
17-10-2016, 21:07
Faiqdən Tünzaləyə: “Sözümü həsrətlə gözləyərdin...”
29-12-2015, 11:50
İŞİD-in "Qızılı Çeçeni" tutuldu
24-05-2016, 00:09
Erməni qızına aşiq olmuş azərbaycanlı gəncin ŞOK etirafı
22-11-2015, 13:37
Ronaldo: “Ya mən getməliyəm, ya da Benites“
8-01-2016, 13:06
Bakıda ər və arvad yanaraq öldü
14-01-2022, 12:02
Qarlı hava nə vaxta qədər davam edəcək?
7-10-2019, 14:10
Müsavat Partiyasının qurultayı bu məkanda keçiriləcək
12-10-2015, 20:40
Namiq Qaraçuxurlunun toyundan ilk – FOTOLAR