Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni qızına aşiq olmuş azərbaycanlı gəncin ŞOK etirafı
Tarix: 24-05-2016 | Saat: 00:09
Bölmə:Karusel / Maraqlı / M2 / Həftə-Reytinq | çapa göndər

Erməni qızına aşiq olmuş azərbaycanlı gəncin ŞOK etirafı
Erməni qızına aşiq olmuş azərbaycanlı gəncin Biz uzun müddət bu məktubu dərc edib-etməmək haqqında çox düşündük – həddən artıq açıq, intim, ağrı və acı ilə dolu olan bu məktub, həyatın çox üzünü görmüş jurnalistləri belə təsirləndirə bildi. Sonda, bizim fikrimizcə doğru qərarı qəbul etdik. Amma əminik ki, Anarın danışdığı hekayə Azərbaycanda olduğu kimi Ermənistanda da çoxlarının xoşuna gəlməyəcək:


"Salam, hörmətli jurnalistlər. Azərbaycanda erməni dilində saytın mövcud olması barədə bu yaxınlarda bilmişəm. Sevdiyim qızdan – Ritadan eşitmişəm. Siz yəqin ki, onun milliyyətcə erməni olduğunu eşidəndə çox təəccüblənəcəksiz. Bəli, bəli... Siz düz eşitdiniz, mənim sevdiyim Rita ermənidir. Mən isə əslən azərbaycanlıyam. Mənim əcdadlarım Ermənistanın Krasnoselsk rayonundandılar. Düzdür, onlar Bakıya 80-ci illərin əvvəllərində köçüblər, o zamanlar SSRİ-nin hər küçəsində xalqların dostluğu haqqında plakatlar asılmışdı.

Bir qədər özüm haqqında danışım. Mənim 21 yaşım var, Moskva Texniki universitetlərinin birində təhsil alıram. Onun adını dəqiqləşdirməkdə əsas görmürəm. Ona görə yox ki, qorxduğum nəsə var, sadəcə əsas görmürəm. Mən hər zaman özümü vətənpərvər hesab etmişəm, Azərbaycandan kənarda yaşamağı təsəvvür belə etməmişəm. Amma belə alındı ki, mən Bakıda Texniki Universitetə daxil ola bilmədim, o zaman mənə sənədlərimi Moskva ali məktəbinə təqdim etməyi təklif etdilər, ailə yığıncağından sonra razılaşdım. Bu universitetə imtahanları asanlıqla verməyimə özüm də təəccübləndim və birinci kursa daxil oldum. Yeri gəlmişkən, mən öz qrupumuzda yeganə azərbaycanlı idim. Düzdü, orda 4-cü kursda üç azərbaycanlı oxuyurdu, amma demək olar ki, görüşmürdük. Belə ki, fərqli korpuslarda oxuyurduq, mən tələbə yataqxanasında qalırdım, onlar isə Moskvada yaşayan qohumlarının evində. Amma iş bunda deyil. İş ondadır ki, elə birinci həftə eyni kursda oxuduğum ermənilərlə münaqişəm oldu.

Mənim Azərbaycandan olduğumu bildikdən sonra məni qəsdən münaqişəyə təhrik etməyə başladılar. Mən bacardığım qədər qarşı dururdum, amma bir gün dözə bilməyib xətrimə dəyənlərdən birini klassik apperkotla nokaut etdim – doğma Bakıda boksla məşğul olmağım karıma gəldi.

Münaqişə bununla bitə bilərdi. Amma dərsdən sonra institutun həyətində məni onlarla erməni gözləyirdi – mənim kurs yoldaşlarım yuxarı kurslardan öz həmyerlilərini yardıma çağırmağı qərara almışdılar. Bu vəziyyətdə nə etmək olardı? Qaçmaq? Bu, mənim üçün rüsvayçılıq demək idi. Döyüşü əvvəlcədən bu sayda insanla bacarmayacağını bilə-bilə qəbul etmək? Cavabı ermənilər özləri verdi, məni araya alaraq əl və ayaqları ilə zərbələr endirməyə başladılar. Xətrimə dəyənlərdən bir neçəsinin dişini qırdım. Amma qüvvələr bərabər deyildi. Onlar məni yerə yıxıb döyməyə başladılar. Bunun nə qədər davam etdiyini xatırlamıram, çünki huşumu itirmişdim. Ayılanda üzümü nəm salfet ilə kiminsə sildiyini hiss etdim. Gözlərimi açanda üzərimə əyilmiş kurs yoldaşım Ritanı gördüm. Bilirdim ki, o ermənidir, və biz dərs vaxtı demək olar ki, ünsiyyət qurmurduq. Axı, mən Moskvaya getməzdən əvvəl söz vermişdim ki, ermənilərlə - dövlətimin və xalqımın düşmənləri ilə ünsiyyət qurmayacam.

Sən demə, məni döyəndə mənim tərəfimi tutmağa çalışıb. Təsəvvür edirsiz?! Erməni qızı azərbaycanlını qorumağa çalışıb. Amma məni döyənlər onu dinləməyiblər. Rita onların getməyini gözləyib və məni özümə gətirməyə çalışıb.

Siz yəqin ki, anladız ki, biz Ritayla dostlaşdıq. Onun babası İrəvandan imiş və Qarabağda mənim ölkəmə qarşı döyüşüb. O, müharibədən qayıtmayıb. Ona görə də Rita müharibəyə nifrət edir və azərbaycanlılarla ermənilərin arasında tezliklə sülhün bərqərar olmasını arzulayır. Amma qəlbində başa düşür ki, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə bu mümkün deyil. Onun ürəyi o qədər təmiz idi ki, mən Xocalıda millətimə etdiklərinə görə erməniləri söyəndə mənə etiraz etmirdi. Bununla yanaşı o, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ermənilərin və azərbaycanlıların etnik uyğunsuzluğu üzündən bir yerdə yaşaya bilməmələri barədə faşist tezisi ilə razılaşmırdı.

Amma bir hadisə hər şeyi dəyişdi. Növbəti dəfə erməniləri söyəndə və əgər müharibə başlasa əlimə silah alıb öz torpağımı qorumağa gedəcəyimi söyləyəndə Rita əlləri ilə üzünü tutaraq hıçqıraraq ağlamağa başladı: "Mən artıq o müharibədə babamı itirmişəm, səni də itirmək istəmirəm” dedi. Və yalnız onda qızın məni sevdiyini anladım. Mən isə bunu görməmişdim. Mənim üçün ən dəhşətlisi, mənim də Ritanı sevməyimi anlamağım oldu. Özüm özümə bunu etiraf edəndə elə bil başıma soyuq su töküldü. Mən erməni qızını necə sevə bilərdim? Axı biz onunla düşmənik. Bizim aramızda heç nə ola bilməz. Həmin axşam mən Ritaya heç nə demədim.

Bundan sonra Ritadan uzaq durmağa başladım. O, mənimlə söhbətə başlamaq istəyəndə ona kobud cavab verirdim və bütün hərəkətimlə başa salmağa çalışırdım ki, o məni nə bir qız, nə bir dost, nə də bir kurs yoldaşı kimi maraqlandırmır. Ona erməni kurs yoldaşlarımızın necə nifrətlə baxdığını görürdüm. Bilirdim ki, onu hətta mənə qarşı olan isti münasibətinə görə danlayırdılar da. Amma o heç kəsdən və heç nədən qorxmurdu və bütün moizələri qulaq ardına vururdu.
Beləcə bir ay keçdi. Biz yay sessiyasına hazırlaşmağa başladıq, birdən Rita dərsləri buraxmağa başladı. Bu isə çox mühüm bir dövr idi. Bir neçə gün dözdüm, amma sonda eyni kursda oxuduğum erməniyə yaxınlaşıb Ritanı soruşdum. O dodaqaltı onun xəstələndiyini dedi. "Onun tutması olub, xalası hələlik dərsə buraxmır”, - dişlərini sıxaraq dediyi bu oldu. Bilirdim ki, Rita uşaqlıqdan astmadan əziyyət çəkir, amma son zamanlar heç bir tutması olmurdu. Elə bil özümdə deyildim. İlk dəfə olaraq dərsdən yayındım, taksi tutub onlara yollandım. Yoldan ona gözəl gül dəstəsi aldım. Üçüncü mərtəbəyə sanki uçaraq çıxdım. Zəngi basdım və qapı açılana qədər əlimi çəkmədim. Qapını onun narazı xalası açdı. O, məni üzdən tanıyırdı və bilirdi ki, Rita mənə vurulub. Kənara çəkilib məni içəri buraxdı, əli ilə Rita olan otağı göstərdi. Onu çarpayıda rəngi avazımış görəndə başa düşdüm ki, bir daha onu yalnız qoymayacam.

O vaxtdan bərabərik. Xalasının yanında yaşamır. Ordan dava-dalaşla ayrıldı. Onun qohumları bizim münasibətimizə qarşı olmasalar da, o istəyirdi ki, biz adət-ənənəyə riayət edək. Amma gənclər böyükləri dinləyir ki?! Biz kirayə otaq tutduq – mənzilə pulumuz çatmırdı. Həmin yay Bakıya gəlmədim. Valideynlərimə yalandan dedim ki, mövsümi iş tapmışam, əslində elə belə idi, ona görə də gələ bilməyəcəm. Rita da öz valideynlərinə elə dedi. Xalası ürək ağrısı ilə onun yalanını gizlətdi. O vaxtdan indiyə qədər mən Bakıda bir dəfə olmuşam – keçən il Novruz bayramında. Rita isə İrəvanda böyük bacısının toyunda olub.
Biz bir-birimizi çox sevirik. Amma hardasa qəlbimizin dərinliyində qorxuruq. Qorxuruq ki, ölkələrimiz arasında müharibə başlayar. Rita bilir ki, öz vətənim üçün döyüşəcəm. Bilirik ki, o Azərbaycanda, atamın evində ola bilməz, mən İrəvana gedə bilmərəm. Öz münasibətlərimiz haqqında valideynlərimizə danışmağa qorxuruq. Çünki dəqiq bilirik ki, onlar bu izdivaca qarşı olacaqlar. Onlar heç vaxt xeyir-dua verməyəcəklər. Bəlkə bizim uşaqlarımız dünyaya gəldikdə onların ürəkləri yumşalar. Amma hələlik buna ümid etmirik. Bizim üçün əsas odur ki, biz bir-birimizi sevirik və hörmət edirik. Bəli, bizə asan deyil, bəli, bizə çətindir, çox çətindir. Amma məhəbbətin sərhəddi və milliyyəti yoxdur, ona görə də hər şeyin yaxşı olacağına inanırıq”.


Xəbəri paylaş

1 1088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___