Revmatizmin müalicəsində XALQ TƏBABƏTİ vasitələri
Tarix: 22-03-2017 | Saat: 14:22
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Revmatizm ürək-damar sisteminin birləşdirici toxumasını zədələyən infeksion xəstəlikdir, adətən tonzillit və faringitin ağırlaşması kimi meydana çıxır, onun ilk əlamətləri 5 yaşdan 15 yaşa qədər olan dövrdə özünü göstərir. Profilaktik tədbirlər görülməyəndə xəstəlik residivləşə bilər.
AZƏRTAC bildirir ki, revmatizm kəskin anginadan təxminən üç həftə sonra başlayır. Parasels adı ilə məşhur olan orta əsr təbibi Teofrast fon Hohenheym öz təcrübələrində söyüddən hazırlanan preparatların yaxşı nəticə verdiyini müşahidə edib. Erkən yazda yığılan söyüd qabıqlarının tərkibində salisil turşusu xəstəliyin müalicəsində çox əhəmiyyətlidir. Bundan başqa qara gəndalaş, quşqonmaz, gördəvər, buynuzbaş bitkilərinin kökündə də salisilat və steroid maddələr var.
Xəstəliyin müalicəsində bir sıra xalq təbabəti üsullarından istifadə olunur. 1 stəkan suda 1 çay qaşığı xırdalanmış söyüd qabığı 15 dəqiqə ocaqda qaynadılır, 1 saat dəmə qoyulur, gündə 4 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.
Hərəsindən 1 çay qaşığı söyüd və sabunotu qabığının tozu 2 stəkan suda 10 dəqiqə qaynadılır, 1 saat dəmlənir və süzülür, üzərinə yarım stəkan itburnu dəmləməsi əlavə edilərək gündə dörd dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.
1 xörək qaşığı ardıc meyvələri 1 stəkan spirtdə saxlanılaraq ağrılı nahiyələrə sürtülür.
1 xörək qaşığı xırdalanmış təzə kərəviz kökləri 2 stəkan suda 4 saat dəmlənir, gündə üç dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.
1 xörək qaşığı xırdalanmış qara qarağat yarpaqları 2 stəkan suda dəmlənərək gündə üç dəfə yarım stəkan qəbul edilir.
Toz halına salınmış atşabalıdı meyvələri kamfora yağı ilə qarışdırılır, 1 dilim çörəyin üzərinə nazik qat şəklində yaxılır və ağrılı nahiyələrə yapışdırılır.
Xəbəri paylaş
1 4558 dəfə oxunub.
Digər xəbərlər

22-09-2022, 17:55
Baxççalara qəbul necə həyata keçirilir?
13-10-2015, 19:06
Aytən Səfərovanın profilini oğurladılar
19-10-2021, 14:17
Azərbaycanda ŞOK hadisə: 11 il müəllim işləyən qadın "patı" çəkirmiş
3-05-2015, 15:02
Saçlarını rəngləyən kişi müğənnilər - SİYAHI
28-09-2017, 12:20
Ermənilərdən İrana xəyanət
29-08-2015, 17:42
Qadın inək oğurladı
30-07-2017, 16:23
Məşhur aparıcının xanımı Bodrumda güllələndi
29-05-2022, 10:48
"Çiyələk" festivalı adı ilə ölkə başçısının fəaliyyətinə kölgə salan icra başçısının xanım müavini....
20-05-2015, 15:28
“Yanğın zibildən başladı” – Hadisənin şahidi
4-11-2016, 12:03
Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşır