Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Borc verib-almaq günahdı?- Açıqlama
Tarix: 28-05-2015 | Saat: 14:02
Bölmə:M / Karusel / M2 / Foto-fakt / İbadət | çapa göndər

Borc verib-almaq günahdı?- Açıqlama
Bir çoxları isə borc alıb-verməyi günah sayır. Bəs əslində İslam dini borc məsələsinə necə baxır?


Xeberaz.az xəbər verir ki, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov analitik.az-a deyir ki, bəzi insanlar özlərini elə həddə çatdırırlar ki, nəinki onlara kömək edən şəxs qarşısında, hətta Yaradan qarşısında məsuliyyətlərini hiss etmirlər. Bu səbəbdən də bizdə imkanlı insanlar kasıb insanların bir çoxuna maddi dəstək durmağa çəkinirlər. Nəticədə verdikləri borcun qaytarılmaması, borcun gecikdirilməsi insanlarda yardımlaşmanın güclənməsini azaldır:

“Kiməsə maddi dəstək durmaq, ona kömək etmək, öz malından, pulundan borc vermək uca Allahın zənginlərə əmridir. Allah təala Qurani Kərimin bir çox surələrində və ayələrində borc verməyi xeyirli əməl, yaxşı əməl, savab iş görmək kimi bizə bildirir. Məsələn, borc vermək haqqında olan bir çox ayələrdən birində uca Allah buyurur ki, “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (əl-Hədid (Dəmir) surəsi, 11). Başqa bir ayədə belə buyurur:

“Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (əl-Hədid (Dəmir) surəsi, 11). Digər ayədə belə buyurur: “

Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!” (ət-Təğabun (Qarşılıqlı aldanma) surəsi, 17). Bütün bu və ya digər Quran ayələrində uca Allah zənginlərin öz mallarından kasıblara borc verməyi əmr edir. Allaha və axirət gününə iman edən zənginlər Allahın onlara verdiyi xəzinələrdən çox hallarda bağışlayırlar, çox hallarda isə Allaha inandıqları üçün borc verirlər. Beləliklə də onlar böyük bir xeyirə nail olurlar."

Onun sözlərinə görə, bir çox hallarda imanı zəif olan, borcun məsuliyyətini hiss etməyən müsəlmanlar, ayrı-ayrı şəxslər zəngindən aldıqları malı qənimət kimi bilib, vaxtında borclarını qaytarmırlar. Ola bilər ki, borcu alanın hal-hazırda borcunu qaytarmağa imkanı olmasın. Təəssüf ki, çox hallarda imkanları olduqları halda belə borclarını vaxtlı-vaxtında öz sahiblərinə qaytarmırlar:

“Bunun nəticəsində də bir çox problemlər, narazılıqlar ortaya çıxır. Ən yaxın qohumlar arasında narazılıqlar doğur, düşmənçilik yaranmasına səbəb olur. Uca Allah zənginlərə borc verməyi əmr etdiyi kimi kasıblara da borcu vaxtında qaytarmağı əmr edir. Borcu vaxtında qaytarmamaq özü borc aldığın şəxsə zülm etməyin deməkdir. Allah təala borc verənə buyurur ki, borcunu yazsın, borcu götürənə isə borcunu vaxtında qaytarmağı əmr edir.

Gəlin səbrlə bu ayəni oxuyaq: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə borcu yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir”.



4178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___