Nazirlər Kabinetindən yeni qərar
Tarix: 22-10-2016 | Saat: 00:43
Bölmə:M / Karusel / İqtisadiyyat / Reportaj | çapa göndər
Nazirlər Kabineti “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar verib.
APA-nın məlumatına görə, dəyişiklik kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi ilə bağlıdır.
Dəyişikliyə əsasən mühasibat balansı kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibindən çıxarılıb. Bunun əvəzində kommersiya təşkilatları maliyyə vəziyyəti haqında hesabat təqdim etməlidirlər. Eyni zamanda kommersiya təşkilatları artıq mənfəət və zərər haqqında hesabat deyil, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat verməlidirlər.
Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibinə daxil olan digər 3 hesabat forması dəyişməyib və bundan sonra da qüvvədə olacaq. Bura kapitalda dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, o cümlədən əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər daxildir.
Qeyd edək ki, kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

14-10-2016, 12:02
PKK İŞİD-ə yardım edir: 7 min terrorçu…
2-06-2016, 15:18
Qobustan və Əmircanda qəza: Ölən var
28-04-2021, 20:09
"Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı
29-12-2017, 10:45
Məhkəmə ANS-in xeyirinə çıxarılmış qətnaməni qismən ləğv etdi
5-04-2017, 16:45
Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR
12-05-2016, 14:36
Zakir Həsənov cəbhədə açılış etdi – FOTO
16-09-2017, 13:57
Bakıda 14 nəfəri aldadıb külli miqdarda pul ələ keçirdilər– RƏSMİ
5-02-2016, 13:06
Aşıq Samirədən etiraf: “O, məni özümə sevdirdi” - FOTOSESSİYA