Elmar Məmmədyarov monqolustanlı həmkarı ilə görüşüb
Tarix: 21-09-2016 | Saat: 10:29
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci Sessiyası çərçivəsində monqolustanlı həmkarı Tsend Munk Orgil ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Monqolustan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə monqolustanlı həmkarına məlumat verib. Avropa və Asiya qitələrinin nəqliyyat dəhlizlərinin birləşdirilməsində ölkəmizin əhəmiyyəti və oynadığı rolu qeyd edən nazir Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əməkdaşlığın xüsusilə açıq dənizə çıxışı olmayan ölkələr üçün faydalı olacağını diqqətə çatdırıb.
Nazir Tsend Munk Orgil Monqolustanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə həmçinin tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

30-09-2015, 22:34
Jirinovski Qorbaçovu məhkəməyə verdi
9-11-2017, 13:51
Külək, yağış, qar… - Sabahın Havası
30-10-2023, 19:52
Berrak Su ilk müştəriləri üçün möhtəşəm endirim etdi
3-05-2018, 14:34
Aparıcı Azər qızına dərs deyən müəlliməni rüsvay etdi: "Atası ona atalıq etməyib deyə..."
12-01-2018, 16:25
Azərbaycanda qeyri-adi qaçaqmalçılıq - FOTO
13-06-2015, 12:58
Azad Rəhimov: idmançıların Bakıdakı davasından danışdı
19-11-2015, 12:38
Zaqatalada dövlət müəssisəsinin həyətində həyətində intihar - YENİLƏNİB
15-02-2018, 12:53
Baş prokurorun birinci müavini: “Prezident seçkilərində hamımız vicdanla, namusla işləməliyik”
25-10-2021, 08:32
“WhatsApp” istifadəçilərinin nəzərinə: Hamının gözlədiyi funksiya gəlir
5-04-2019, 12:28
Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi