Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putinlə Ərdoğan arasında görüş başlayıb – VİDEOLAR (YENİLƏNİB)
Tarix: 09-08-2016 | Saat: 17:09
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Putinlə Ərdoğan arasında görüş başlayıb – VİDEOLAR (YENİLƏNİB)

Rusiyanın Sank-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.


Görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov da iştirak edir.

***
Bu gün səhər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təyyarəsi ilə Rusiyanın ikinci paytaxtı hesab olunan Sankt-Peterburqa səfərə gedib.

"Xəbəraz.az " xarici mediaya istinadən xəbər verir ki, prezidenti Ərdoğanı Ankaranın Esenboğa beynəlxalq hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmail Kahraman, milli müdafiə naziri Fikri Işık, Ankara şəhər valisi Mehmet Kılıçlar və Abkara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek yola salıblar.

Prezident R.T.Ərdoğanın Rusiyaya səfəri zamanı onu Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek, xarici işlər naziri Mevlüt Çavuşoğlu, mədəniyyət və turizm naziri Nabi Avcı, iqtisadiyyat naziri Nihat Zeybekci, kənd təsərrüfatı naziri Bakanı Faruk Çelik, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehdi Eker, Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidan müşayiət edib.

Sankt-Peterburqa gələn Türkiyə prezidenti R.T.Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.


Daha sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək və geniş tərkibli görüşləri keçiriləcək.

Görüşlərdə bir sıra iqtisadi sazişlərin imzalanacağı gözlənilir. Hər iki tərəfdən 10 nəfərlik heyət görüşdə iştirak edir.
“Cənub dəhlizi” layihəsinin bərpası ilə bağlı da razılaşmanın imzalanacağı bildirilir.
Görüşün siyasi tərəfləri diqqət mərkəzindədir.
Rusiya mediasının məlumatına görə, ötən ilin noyabr ayında Türkiyə səmasında vurulan Rusiya bombardmançı təyyarəsinə görə rəsmi Ankara tərəfindən təzminatın ödənilməsi də danışıqların gündəliyinə salınıb.

Görüş çərçivəsində Qarabağ münaqişəsi də müzakirə mövzusu olacaq.





Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___