Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir NATO-nun tədbirində çıxış edib.
Tarix: 13-05-2015 | Saat: 13:10
Bölmə:M / Karusel / Siyasət / M2 / Araşdırma | çapa göndər

Nazir NATO-nun tədbirində çıxış edib.

Elmar Məmmədyarov: İkili standartlara görə BMT-nin qətnamələri icra edilmir


Mayın 12-də xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxış edib.

Xeberaz.az
Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Elmar Məmmədyarov çıxışında Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsi və iki ölkə arasında münasibətlər barəsində danışıb.

O, Azərbaycanın ISAF əməliyyatında sonadək əzmlə iştirak etdiyini, əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə yardımı şəklində töhfə verdiyini və bu töhfələrin 2015-ci ilin yanvar ayından başlayan Qətiyyətli Dəstək missiyası kontekstində də davam etdiyini vurğulayıb.
Elmar Məmmədyarov ölkəmizin öz müstəqilliyini əldə etdikdən sonra bir çox problemlərlə üzləşdiyi barəsində danışaraq, xüsusilə 23 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar da daxil olmaqla, 20%-dən çox ərazisinin işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün durumuna düşməsini qeyd edib.

O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini xatırladaraq, ikili standartlara əsaslanan yanaşma nəticəsində bu qətnamələrin tələblərinin hələ də icra edilmədiyini vurğulayıb.

Bütün çətinliklərə və təcavüz və işğal faktına baxmayaraq, Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu barəsində danışan nazir Elmar Məmmədyarov son on il ərzində ölkəmizdə yoxsulluq səviyyəsinin 49 faizdən 4%-ə qədər aşağı həddə düşdüyünü, ümum daxili məhsulun 3.5 dəfə artdığını və regionun aparıcı dövlətinə çevrildiyini bildirib. O, bütün bunların düzgün siyasi-iqtisadi strategiya və resurslardan səmərəli istifadə nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov Əfqanıstan rəsmiləri ilə görüşlərdə bu məsələlər, o cümlədən Azərbaycanın inkişaf modeli və təcrübəsi ətrafında fikir mübadilələrinin aparıldığını qeyd edərək, Azərbaycanın təlim, təhsil, iqtisadiyyat və fövqəladə hallarda yardım kimi məsələlər üzrə Əfqanıstana dəstək göstərdiyini nəzərə çatdırıb.

Bu xüsusda o, ordu quruculuğu, ADA Universitetinin xətti ilə keçirilən kurslar, ANAMA-nın əfqan mütəxəssislər üçün təşkil etdiyi minalardan təmizləmə üzrə təlim proqramları, yerli əhali arasında mina təhlükəsizliyi üzrə məlumatlandırmanı artırmaq üçün dərsliklərin nəşr etdirilməsi barəsində məlumat verdi. Bu kimi yardımların davamlı xarakter daşıdığını deyən Elmar Məmmədyarov əfqan mütəxəssislərin Azərbaycan Fövqəladə hallar Nazirliyinin Akademiyasında ödənişsiz təhsil almaları məsələsinin də nəzərdən keçirildiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu vurğulayıb.

Görüş əsnasında Elmar Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geo-strateji əhəmiyyəti və regiondakı rolu barəsində çoxsaylı suallarını cavablandırıb.


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
22-12-2016, 17:47 Stalinin nəvəsi öldü

bütün xəbərlər
____ Instagram ___