Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadın zorakılığı və Cinayət Məcəlləsində ağır cəza növləri
Tarix: 10-07-2016 | Saat: 00:30
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər

Qadın zorakılığı və Cinayət Məcəlləsində ağır cəza növləri
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ əsas cinayət növü yer alır ki, həmin cinayətlərə görə də, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bu cəzanın tətbiqi insan hüquqlarının kobud şəkildə pozuntusu deməkdir. Azərbaycanda seksual xarakterdə açılan cinayət işləri çox azdır. Bəzən seksual zorakılıq hadisələrinin bəziləri açılmamış qalır, ört-basdır edilir. Burada mentalitet məsələsi ciddi rol oynayır. Bu tip cinayətin qurbanları, onların yaxınları, ailə üzvləri belə halların açılmamasına, başqaları tərəfindən bilinməməsinə daha çox çalışırlar. Əgər cinayəti törədən ailə içindən biridirsə, onda başqalarının yanında biabır olmamaq üçün məsələni gizlətməyə daha çox çalışırlar. Bir çox valideynlər Əfv Məsələləri üzrə Dövlət Komissiyasına etdikləri müraciətə zorakılıq qurbanları tərəfindən yazılan ərizələri də əlavə edirlər. Guya ki, zorlayana qarşı iddiası yoxdur, o artıq nikahdadır, hətta onlar ailə də qurublar. Bilirsiniz, bu ərizələrin səmimiliyinə o qədər də inam yoxdur. Sadəcə olaraq, zorakılığa məruz qalmiş qız çox vaxt başqa çıxış yolu görmür və zəhləsi gedən adamla ailə qurmaq məcburiyyətində qalır. Azərbaycan qanunvericiliyində belə cinayət törədən şəxsləri ən çox halda 15 il cəza gözləyir. Məhkəmələr isə bu tip cinayəti törədən şəxsə çox zaman 15 il cəza vermir. Burada cinayəti törədən şəxsə qarşı yüngülləşdirici hallar nəzərə alınır. Onun birinci məhkumluğu və himayəsində azyaşlının olması və s. məqamlar yüngülləşdirici hallar kimi nəzərə alınır. Təklif etmək olar ki, zorlama cinayətini törədən şəxslərə qarşı yüngülləşdirici hallar tətbiq edilməsin. Belə cinayəti törədən şəxslər cəmiyyətə, insanlara qarşı aqressiyası, nifrəti, qəzəbi yaranar və həmin şəxs sonradan daha da ağır cinayətlər törədə bilər. Bu cürə hallara dünya praktikasında rast da gəlinir. Seksual zorakılıq, buna məruz qalmiş qadınların təkcə inkişafına mane olmur, həmçinin gələcəkdə onların həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Zorakılığa məruz qalan qadınların bir çoxu qorxu və təşviş içində yaşayırlar. Ən əsası və təhlükəlisi isə ondadır ki,onlar bu haqda kiməsə danışmağa belə özlərində güc tapmırlar. Onların fikrincə zorakılıq edən şəxsə heç bir cəza verilməyəcək və buna görə də polisə müraciət etməkdən qorxurlar. Ona görə də həmin şəxslər öz gündəlik həyatlarını, ünvan və telefonlarını dəyişdirməyə və cəmiyyət içində gizlənməyə calişirlar. Bundan sonrakı ilk bir neçə gün və bir neçə həftə içində təkrarlayıcı qorxular, həddindən artıq diqqət və tək qalmaqdan qaçınma müşahidə edilən ortaq ifadə edilər. Bu halda onlar psixologlara muraciət etməlidirlər. Uşaqlarının depressiyadan çıxarılmasında böyük rol oynayacaq psixologun əmək haqqı valideynlər tərəfindən ödənməlidir.
Qadınlara qarşı zorakılıq, bu gün tək Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olan bir problemdir. Respublikanın Daxili İşlər orqanları tərəfindən ölkənin qanunları, fəaliyyəti tənzimləyən digər normativ hüquqi aktları rəhbər tutularaq, qadınlara qarşı zorakılığın qarşısının alınması və törədilmiş bu növ cinayətlərin açılması yolunda lazımi tədbirlər görməkdədirlər.

Samirə Qasımova
Hüquqşünas


Xəbəri paylaş

3 8908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___