Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan İlham Əliyevdən nəyi xahiş edib?
Tarix: 14-06-2016 | Saat: 11:44
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ərdoğan İlham Əliyevdən nəyi xahiş edib?

Son zamanlar beynəlxalq arenada itirilmiş əlaqələrini bərpa etməyə çalışan Türkiyə hökuməti Misir və İsraildən sonra Rusiya ilə də münasibətlərini düzəltməyə cəhd edir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə türkiyəli jurnalist İbrahim Varlı geniş məqalə ilə çıxış edib.

Jurnalist yazır ki, Rəcəb Tayyib Ərdoğan rəsmi Moskva ilə barışmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkodan vasitəçilik etməyi xahiş edib:

“Hətta, Prezident Ərdoğan Kremllə münasibətləri bərpa etmək üçün ABŞ-a nəzərdə tutulan səfərini də təxirə salaraq, Rusiyaya “jest” edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə Moskva və Ankara arasında əlaqələrin bərpa edilməsi üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev Bakıya səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı da bildirmişdi ki, rəsmi Bakı Türkiyə-Rusiya münasibətlərinin pisləşməsindən narahatdır. Prezident İlham Əliyev “Türkiyə Azərbaycanın ən yaxın dostu və müttəfiqidir. Rusiya da Azərbaycanın qonşusu və dost olan dövlətdir. Azərbaycan Türkiyə və Rusiya ilə tarixi əlaqələrə malikdir. Bizim hər iki dövlətlər münasibətlərimiz yüksək səviyyədədir” demişdi”.


Xəbəri paylaş

9308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___