Prezidentdən cəbhədəki vəziyyətlə bağlı - Sərəncam
Tarix: 02-05-2016 | Saat: 18:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyev Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncamda qeyd edilir: 2016-cı ilin aprel ayının ilk günlərindən başlayaraq erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 6 nəfər həlak olmuş, 26 nəfər yaralanmış, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəymişdir. Hazırda düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, habelə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə qərara alıram:
1. Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

21-05-2022, 12:01
“Qavalı Zabitə mən pulla satmışam, onun heç xəbəri yoxdur ki, bu kimin qavalıdır...”
15-01-2016, 13:53
Neft 30 dollardan aşağı düşdü, üzü 20 dollara gedir
27-06-2015, 16:18
Ərdoğan: “Bu dövlətin qurulmasına icazə verməyəcəyik”
9-10-2021, 11:53
“Modern Hospital”da İBTİDAİ ÜSUL-İDARƏ... - İDDİA
24-02-2022, 11:12
Maskalara nə vaxt əlvida deyəcəyik?
15-09-2017, 12:01
Aşıq Ədalətin nəşi evindən çıxarıldı - Qızının halı pisləşdi
12-08-2018, 13:03
Ərdoğan: "Türkiyə xalqına əziyyət verən hər bir kəs, gec-tez buna görə cavab verəcək"
3-10-2020, 14:24
Ordumuz düşmənin bir qrup hərbçisini əsir götürdü - FOTOLAR