Zabit Səmədov qazandığı mükafatın bir hissəsini əsgərlərimizə bağışlayır – VİDEO
Tarix: 20-04-2015 | Saat: 13:49
Bölmə:M / Karusel / İdman / Xəbəraz TV / Gənclərimiz | çapa göndər
“Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!”.
Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində qalib gəlməsi nəticəsində qazandığı 1 milyon dirhəm (286 min manat) pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.
Xeberaz.az xəbər verir ki, Report-un məlumatına görə, bu barədə Z.Səmədov özü məlumat verib.
"Bir döyüş idman növünü təmsil etdiyim üçün ordumuza hər hansı formada köməklik etməyi özümə mənəvi borc bilirəm. Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!", - Zabit Səmədov deyib.
Xatırladaq ki, aprelin 17-də Z.Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb. Z.Səmədov şotlandiyalı ulduz Stiv Makkinnonu məğlub edib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da "Mauqli" ləqəbli məşhur azərbaycanlı döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.
Dubayda keçirilən bu turnirin super finalı isə bu ilin dekabr ayında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.
Xəbəri paylaş
6648 dəfə oxunub.
Digər xəbərlər

28-08-2015, 14:39
Azərbaycanda parlament seçkilərinin tarixi məlum oldu
1-05-2016, 17:18
Bələdiyyə ilə bağlı - Yeni qayda
18-02-2016, 20:28
“Guya mənim milyonlarım batıb” - Tağı Əhmədov danışdı
24-11-2016, 21:06
Masallıda yol qəzası - Ölən və yaralanan var
16-02-2019, 10:28
Azərbaycanda övladı olmayan ər və arvad özlərini asdılar
4-05-2017, 11:18
Pərvin biabır oldu: o qədər dar geyindi ki, paltarı cırıldı - FOTO
26-06-2018, 13:35
Göyçayda toyda KÜTLƏVİ DAVA: Ucar sakini bıçaqlandı
2-10-2023, 08:37
İrandakı səfirliyimizə hücum edən şəxs edam olunacaq - FOTO
27-03-2021, 11:06
Məktəb direktorluğu imtahanında bərbad nəticə - HARA GEDİRİK?
13-05-2015, 02:37
Azərbaycanlı gənc Moskva küçələrində qızları öpür- Video