Sabunçu rayonunda yerləşən dairə təmir edilir
Tarix: 19-04-2016 | Saat: 11:44
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Sabunçu rayonu Rüstəm Rüstəmov və Ramiz Gəmbərov küçələrinin kəsişməsində yerləşən dairədə və dairə ətrafında təmir-bərpa işləri həyata keçirilir. Lent.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, mövcud dairənin diametri kiçildilərək kənarlarında olan köhnə səki daşları sökülüb yeniləri ilə əvəzlənib, dairənin içərisinə qazon otu əkilib. Dairənin diametrinin kiçildilməsi və yol kənarlarının müəyyən hissələrdə genişləndirilməsi nəticəsində yolun hərəkət hissəsi ümumilikdə 2-5 metr arası genişləndirilib. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol kənarlarında olan mövcud piyada səkiləri bərpa edilərək, 200 m2 ərazisi asfaltlanıb. Ümumilikdə dairənin və piyada səkilərinin kənarlarına 150 paqon metr yeni səki daşları düzülüb. Zəruri olan yerlərdə yol əsası qazılaraq çıxarılıb və karbonat materialı tökülərək yenidən kipləşdirilib.
Bundan başqa dairənin ətrafında olan yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində də işlər aparılacaq. Asfalt-beton örtüyünün üst qatı frezlənərək, kənara daşınacaq. Daha sonra isə yolun hərəkət hissəsinin təqribən 7500 m2 ərazisinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Təmir-bərpa işləri ilə əlaqədar yaranan narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
Xəbəri paylaş
6038 dəfə oxunub.
Digər xəbərlər

30-01-2018, 17:20
Aysel Əlizadənin villası - FOTO
12-01-2017, 13:31
Ahıllara və Tənhalara Dəstək ictimai birliyi "Ümid Yeri"ndə uşaqların müayinəsinə və müalicəsinə dəstək oldu
17-04-2015, 16:02
Bakı Turizm Peşə Məktəbinin direktoru dünyasını dəyişdi
13-01-2016, 13:17
Bankda əmanəti olanlara şad xəbər
5-09-2023, 15:20
Maşın çaya aşdı, qaçırılan qız öldü - Azərbaycanda dəhşətli hadisə
12-10-2015, 12:55
Bu banklarda pul saxlamayın
21-02-2017, 14:47
Oyunlara harda baxaq? – TV-lərin siyahısı
21-04-2016, 18:05
Ermənilərin “Zil-131” avtomobili minaya düşüb, ölən və yaralananlar var - Azərbaycan MN
26-04-2016, 20:58
Rusiya: "Türkiyə ilə əlaqələrimiz düzəlməyəcək"
6-06-2016, 22:06
Neftçalada çətənə əməliyyatı: 127 ədəd