Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident: “General Electric”in Azərbaycanda fəaliyyəti məmnunluq doğurur - FOTO
Tarix: 31-03-2016 | Saat: 23:48
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident: “General Electric”in Azərbaycanda fəaliyyəti məmnunluq doğurur - FOTO
İlham Əliyev görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb.

"Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, Con Rays Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi məhsuldar görüşlərin maraqla izlənildiyini dedi.

O, “General Electric”-in fəaliyyəti, Azərbaycanda gördüyü işlər barədə məlumat verdi, təmsil etdiyi şirkətin ölkəmizdə bir sıra layihələrdə iştirakından məmnunluğunu bildirdi. Con Rays “General Electric” şirkətinin ölkəmizin neft-qaz kəmərləri sistemində iştirak etdiyini, həmçinin dənizdə neft hasilatı sahəsində əməkdaşlıq qurduqlarını vurğuladı.

O, şirkətin dünyada neftin nəqli, qaz turbinlərinin və elektrik enerjisi istehsal edən avadanlıqların quraşdırılması, həmçinin aviasiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərdiyini, müasir texnologiyaların tətbiqinə sərmayələr qoyduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev “General Electric” şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident: “General Electric”in Azərbaycanda fəaliyyəti məmnunluq doğurur - FOTO


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___