Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
62 nəfərin öldüyü qəzada pilotun dediyi son sözlər...
Tarix: 26-03-2016 | Saat: 17:18
Bölmə:M / Karusel / Dünya | çapa göndər

62 nəfərin öldüyü qəzada pilotun dediyi son sözlər...
Rusiyanın Rostov şəhərində baş verən dəhşətli təyyarə qəzasından əvvəl ekipaj üzvlərinin dediyi son sözlər ekspertlər tərəfindən müzakirə edilir.

“Boeing 737-800” təyyarəsinin pilotlarından biri digərinə “Narahat olma, çək!” deyə müraciət edib. Məhz bu sözlər təyyarənin avtopilotdan çıxaraq sürətlə aşağı enişinə qədər deyilmiş son sözlər olub.

Daha əvvəl isə pilotlardan biri dispetçerə “İkinci dəfə eniş etməyə çalışıram” deyə xəbərdarlıq edib.

Mütəxəssislərin sözlərinə görə, avtomat rejimi söndürəndən sonra pilot təyyarəni üfüqi uçuşa keçirməyə cəhd edib. Amma bədbəxtlikdən bu anda stabilizator yanıb. Ekspertlər deyir ki, belə halda təyyarə sükana heç bir reaksiya vermir və effekt sıfra bərabər olur.

Gəlinən ilkin nəticəyə görə, pilotlar başa düşə bilməyiblər ki, kəskin yüksəkliyə səbəb məhz stabilizator olub. Hansı ki, o, pilotların “knyupel” adlandırdığı düymə ilə aktiv vəziyyətə gətirilir. Həmin düymənin niyə və hansı şəraitdə basılmağı da müəmmalıdır. Bəlkə də pilotun panikadan və ya tam təsadüfən həmin düyməyə əli dəyib.

Son 6 saniyədə isə dəhşətli qışqırıq səsləri eşidilib və bundan sonra təyyarə sürətlə yerə çırpılıb.

Xatırladaq ki, FlyDubai şirkətinə məxsus təyyarənin Rostovda qəzaya uğraması nəticəsində təyyarədə olan hamı-62 nəfər dünyasını dəyişib.
62 nəfərin öldüyü qəzada pilotun dediyi son sözlər...
62 nəfərin öldüyü qəzada pilotun dediyi son sözlər...



4598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___