Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Rauf Mirqədirovun şikayətinə baxıldı
Tarix: 03-03-2016 | Saat: 15:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Rauf Mirqədirovun şikayətinə baxıldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılıb.

Məhkəmə iclası martın 16-na təxirə salınıb. Hakim bildirib ki, apelyasiya prosesinin ilkin baxış iclasının qərarından bir ay müddətinə kassasiya şikayəti vermə hüququ var. Buna görə də həmin müddətin başa çatmasını gözləmək lazımdır.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.


Xəbəri paylaş

5818 dəfə oxunub.

Digər xəbərlər
20-08-2015, 21:14 Sabunçu qazsız qalacaq

bütün xəbərlər
____ Instagram ___