İcazəsiz yürüşlə bağlı AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək - RƏSMİ
Tarix: 18-11-2018 | Saat: 18:51
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.
Bakı şəhər Baş Polis İdarəsindən "Report"a bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək.
2488 dəfə oxunub.
Digər xəbərlər

18-10-2020, 10:59
Çavuşoğlu Azərbaycanı təbrik etdi
12-02-2017, 03:07
Bakı sakini aldadıldı - 35 min dollarını geri ala bilmir
24-03-2015, 17:12
Moskvada azərbaycanlı sevgilisindən ayrılan qız özünü öldürdü
27-07-2015, 12:01
İlham Zəkiyev: Gözüm işığı görmür, amma... (FOTO)
14-03-2017, 17:35
"Barcelona" - PSG matçının baş hakimi ilə bağlı qərar verildi
3-02-2017, 01:01
“Videonu ərinə göndərərəm” deyərək şantaj etdi...
28-12-2018, 11:17
Xalq artistinin barmaqları amputasiya edilib
23-04-2017, 21:13
Donbasda partlayış nəticəsində ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub - YENİLƏNİB
4-03-2017, 15:25
Mağazadan 40 kq ət, 2 tərəzi oğurladılar
11-06-2021, 11:31
Deputatın viran qoyduğu XAÇMAZ MEŞƏLƏRİ: Nazir Muxtar Babayev Eldəniz Səlimovun “ekoloji terror”una niyə göz yumur? - FOTO/VİDEO