Nazir: Rusiya və Türkiyə arasında münasibətlər Azərbaycan üçün arzu olunan deyil
Tarix: 15-02-2016 | Saat: 21:53
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Hər iki ölkə regionda vacib rol oynayır”.
Həm Türkiyə, həm də Rusiya ilə münasibətlər demək olar ki, bütün sahələr üzrə dinamik olaraq inkişaf edir və Azərbaycan hər iki ölkə ilə münasibətlərin dərinləşməsinə xüsusi əhəmiyyət verir.
Xəbəraz.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “The Business Year" jurnalına müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanın strateji müttəfiq kimi Türkiyə və strateji tərəfdaş kimi Rusiya ilə münasibətlərinin tarixi kökləri var və imzalanmış sənədlərin həcmi, eləcə də müntəzəm qarşılıqlı səfərlər güclü münasibətlərin daha bir sübutudur.
“Təəssüflər olsun ki, döyüş təyyarəsi ilə bağlı insident iki ölkə arasında münasibətlərə mənfi təsir etdi. Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı durumu heç bir halda Azərbaycan üçün arzu olunan deyil. Deməyə ehtiyac yoxdur ki, həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz və onun hüdudları xaricində təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynayır”, deyə E. Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan bütün mümkün vasitələrlə hər iki ölkə ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır:
“Ümid edirik ki, birgə səylərin nəticəsi olaraq Türkiyə və Rusiya arasında münasibətlər dialoq və qarşılıq anlayış yolu ilə normallaşacaq”.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

10-09-2015, 00:20
PKK bombalanır, hər evə 5 çörək verilir
1-11-2021, 17:41
Mətanətin oğlu ilə gəlininin BOŞANMA SƏBƏBİ - 20 illik sevgini bitirən hadisə - FOTO
20-06-2021, 12:59
Boşanmağını davul zurnayla qeyd etdi - Video
11-02-2017, 02:13
Azərbaycanda çıxış etmiş futbolçuya ÖMÜRLÜK CƏZA
18-05-2022, 11:01
Sahibkar AA seriyalı maşınla qəza törətdi, öldü - FOTO
1-10-2017, 14:18
Həqiqi hərbi xidmətə çağırış başladı
8-09-2016, 11:10
Erməni nazirdən ədəbsizlik - FOTO
11-03-2021, 09:33
Əməkdar artist xəstəliyinə görə 30 kiloqram arıqladı
12-12-2015, 19:50
Azərbaycanlı kriminal avtoritetin sifətini tanınmaz hala saldılar
5-12-2015, 20:32
O ses turkiyede görünməmiş ifa VİDEO