Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputatdan İlhamə Quliyeva ilə bağlı Baş prokurora - Müraciət
Tarix: 04-02-2016 | Saat: 14:47
Bölmə:M / Karusel / Şou-Biznes | çapa göndər

Deputatdan İlhamə Quliyeva ilə bağlı Baş prokurora - Müraciət
“İlhamə Quliyevanın köməkçisi barədə qəbul olunmuş həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün bu gün Baş prokuror Zakir Qaralova müraciət ədəcəyəm”. Bu sözləri millət vəkili Çingiz Qənizadə “Qafqazinfo”ya açıqlamasında deyib.

Deputat bildirib ki, xalq artisti səsləndirdiyi fikirlərə görə cinayət məsuliyyətinə cəlb oluna bilər:

“İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuat vasitəsilə müraciətini oxudum. Belə hesab edirəm ki, orada çox ciddi faktlar var, bunlar araşdırılmalıdır. Həmin qadının videosunun yayılması, onun alçaldılması, ona qarşı təhdidlər qanunla qadağan edilən hallardır və cinayət məsuliyyəti yaradır. İkincisi də, Mehriban xanım müraciətinin sonunda qeyd edib ki, o anadır, şəhid bacısıdır və bu ailə tərəfindən həmişə tənqid və təhdidlərə məruz qalıb, qorxudulub. Məndə olan məlumatlara görə, bu qadın İlhamə Quliyevanın oğlunun dostunun şikayəti əsasında saxlanılıb.

Hesab edirəm ki, Mehriban Həsənova ilə bağlı keçirilən əməliyyat və onun saxlanılması da tam araşdırılmayıb. Bu, bir az da tələm-tələsik qəbul edilmiş bir qərardır. Çünki xanım İlhamə Quliyevanın evinə dəvət olunub və qapıda da gözləyən polis əməkdaşları onu həbs edib. Ancaq indi yeni faktlar ortaya çıxır və prokurorluq orqanları bu məsələyə aydınlıq gətirməlidir. İnanıram ki, Baş prokuror Zakir bəy, bu faktları bilsə, öz münasibətini bildirəcək. Əgər doğrudan da, şəhid bacısıdırsa və kiminsə yanlış ifadəsinə görə saxlanılırsa, bu faktlar araşdırılmalıdır. Ona görə də, mən bu gün Baş prokurora müraciətimdə Mehriban Hüseynovanın mətbuatda yaydığı mətni də əlavə edəcəyəm. Xahiş edəcəm ki, onunla bağlı araşdırılma sürətləndirilsin və imkan daxilində həbs-qətimkan tədbiri dəyişdirilsin. O, ailəsinin yanında olmaqla istintaq aparılsın. Onsuz da, gələcəkdə məsuliyyəti tam sübut olunarsa, qanun qarşısında cavab verəcək. Amma hələlik istintaqın uzanması və yeni faktların ortaya çıxması kifayət qədər imkan verir ki, bu xanım barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin”.

Deputat daha sonra İlhamə Quliyevanın köməkçisi ilə bağlı səsləndirdiyi fikirlərə də reaksiya bildirib:

“İlhamə Quliyeva köməkçisinin müraciətinə münasibət bildirərkən onu hədələyib. “İmkanım olsa səni parça-parça edib öldürərdim” ifadələri göstərir ki, ailə tərəfindən bu qadına kin və qərəz var. Bu səbəbdən mən bugünkü rəsmi müraciətimdə baş prokurordan məsələni şəxsi nəzarətində saxlamasını xahiş edəcəm. Heç kim hər hansı bir tituluna, daşıdığı statusa görə kimisə hədələyə, qorxuda, məsuliyyətə cəlb etdirə bilməz. Prezident də bugünlərdəki müşavirədə bildirib ki, heç kimin toxunulmazlıq statusu yoxdur və tanınmış insanlar, məmurlar xalqa xidmət göstərməlidir”.

Deputat son günlərdə xalq artistlərinin mətbuat vasitəsilə bir-birlərinə qarşı söylədiyi təhqiramiz ifadələrə də münasibət bildirib. O qeyd edib ki, xalq artistlərinin belə davranışı oxuculara, tamaşaçılara hörmətsizlikdən başqa bir şey deyil. Lazım gəlsə, onların titulları əllərindən alınmalıdır:

“Hələ bir neçə il öncə İlhamə Quliyevanın televiziyada “mən yemirəm, yedizdirirəm” ifadəsilə bağlı mən və onlarla millət vəkili etirazını bildirəndə çox təəssüf ki, mətbuat susdu. Amma bu ifadə tamaşaçılara təhqirdən başqa bir şey deyildi. İki xalq artisti arasında baş verən çəkişmə də yol verilməzdir. Mədəniyyət Nazirliyi açıqlamasında bu işlərə qarışmadığını bildirsə də, bu halın qarşısı alınmalıdır. Bu ifadələr mətbuatda yer alır, televiziya kanalları belə çəkişmələri efirə verir. Bizim ailə üzvlərimiz, gənclər, körpələr də bu halı görür, izləyir. Bu, yolverilməz bir haldır. Xalq artisti adını daşıyan hər bir kəs Azərbaycan xalqının milli dəyərlərini özündə qoruyub saxlamalıdır. Keçmişə baxanda, klassik xalq artistlərimizin həyat tərzi, davranışları, geyimi-keçimi ilə bugünkü bəzi sənətçilərimizi müqayisə etdikdə, adamda xəcalət hissi yaranır. Bu səbəbdən belə davranışları qətiyyətlə pisləyirəm və kimlərinsə bir-biri ilə çəkişməsi, qərəzi varsa, bu, sivil qaydada, məhkəmə yolu ilə həll olunmalıdır. Mətbuat vasitəsi ilə bir-birini söymək olmaz. Məndən əvvəl öz fikirlərini bildirmiş millət vəkilləri Nizami Cəfərov, Jalə Əliyevaya qoşuluram və hesab edirəm ki, müvafiq qurumlar sənətçilərin hərəkətlərinə qiymət verməlidir. Lazım gəlsə, onların titulları əllərindən alınmalıdır”.


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___