Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nardaranda xüsusi əməliyyat: Həbs olunanlar var
Tarix: 09-01-2016 | Saat: 16:09
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Nardaranda xüsusi əməliyyat: Həbs olunanlar var
Qanunsuz silah və narkotik vasitələr aşkar edilib.

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirib.

Xeberaz.az-ın Trend-ə istinadən məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Muradpur Heydər, 1959-cu il təvəllüdlü Mürsəl Qasımov və 1983-cü il təvəllüdlü Rahib Quliyev şübhəli şəxs qismində saxlanılıb.

M.Heydərin üzərinə baxış keçirilərkən 1,120 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat zamanı M.Qasımovdan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi, R.Quliyevdən isə 1 ədəd F-1 qumbarası götürülüb.

Sabunçu rayon məhkəməsinin qərarları ilə saxlanılan şəxslərdən M.Heydər və R.Quliyev barəsində həbs qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___