Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehman Hüseynovun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 28-12-2019 | Saat: 10:24
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər

Mehman Hüseynovun döyülməsi ilə bağlıRƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) bloqger Mehman Hüseynovun polis tərəfindən saxlanılması və döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Xeberaz.Az"-a açıqlamasında qeyd edib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:

“Dünən gecə saat saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər. Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır. Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”.






Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
7-02-2018, 12:13 Cəbhədə silahlar susmur

bütün xəbərlər
____ Instagram ___