Universitet nazirliyə qarşı: Ödəniş fevraldan dollarla alınacaq - FOTO
Tarix: 05-01-2016 | Saat: 20:02
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
Təhsil müəssisəsi elan yerləşdirib.
Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyi ali təhsil müəssisələrinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqının olmadığı ilə bağlı açıqlama verib.
Amma bu qaydaya əməl etməyərək tələbələrdən dollarla təhsil haqqı tələb edən və hətta bunu elan formasında universitetin divarına vuran rektorlar var.
Belə hal Təfəkkür Universitetində qeydə alınıb. Universitet rəhbərliyi yerləşdirdiyi elanda, fevralın 1-nə kimi ödənilməyən təhsil haqqının həmin tarixdən sonra dollarla alınacağı yazıb:
“Elan
Tələbələrin nəzərinə,
Cari tədris ilində təhsil haqqından borcu olan tələbələr borclarını 01 fevral 2016-cı il tarixə qədər ödəmədikləri təqdirdə, qlamış borclar qeyd olunmuş tarixdən sonra ABŞ dolları məzənnəsi ilə ödəniləcək.
Təhsil haqqını ödəməyə tələsin!
Rektorluq”.
Xatırladaq ki, Təhsil Nazirliyi verdiyi açıqlamada qeyd edib ki, təhsil haqlarının manatla ödənilməsi şərti tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.
Qeyd edək ki, daha öncə də Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar yayılmışdı.Oxu.Az
Xəbəri paylaş
7138 dəfə oxunub.
Digər xəbərlər

10-09-2016, 10:45
Nanə qızdırmanı salırmış
18-10-2015, 15:55
Saatlıda ticarət mərkəzi yandı - FOTO
6-02-2017, 23:36
"Dedim ki, sobanın tüstüsü deyil evim yanır" - Oğlu ilə yaşayan ananın evi yanıb kül oldu - VİDEO
12-08-2016, 01:26
ABŞ-dan Gülən-Türkiyə məsələsi ilə bağlı - Son nöqtə
14-08-2023, 10:35
Azərbaycanda istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ
19-12-2019, 14:14
Prezident yanında müşavirə keçirildi
7-05-2017, 15:45
Azərbaycanlı müğənni ilə prodüserin yeni iş birliyi - Foto
4-03-2020, 01:34
Məşhur müğənni doğum günündə çılpaq şəkilini paylaşdı - FOTOLAR
26-09-2015, 12:44
Yasamalda yaşayış binası yandı
19-10-2015, 15:24
Deputatın oğlundan prezidentə şikayət olundu