Lənkəranda məscidə hücum edildi - FOTO
Tarix: 24-12-2015 | Saat: 21:52
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
“Kənd sakinləri onu sakitləşdirib”.
Dünən axşam saatlarında Lənkəranda ruhi xəstə olan 39 yaşlı şəxs məscidə hücum edib.
Xeberaz.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Bala Şürük kəndində baş verib. Axşam namazına toplaşan kənd sakinləri namaz qıldıqdan sonra məsciddən ayrılarkən kənd sakini Tohid Əsgərov əlindəki taxta parçası ilə məscidin şüşəsini sındırıb, məscidin içərisində olan əşyaları dağıdıb. Kənd sakinləri T.Əsgərovu sakitləşdirə güclə bilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, T.Əsgərov da məscidə ibadət etməyə gələnlərdənmiş.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarov açıqlamasında hadisəni törədən şəxsin ruhi xəstə olduğunu bildirib:
“Həmin şəxs axşam namazından sonra məscidi dağıdıb. Kənd sakinləri onu sakitləşdirib. Atası Əsgər Əsgərova da məlumat verilib. Tohid ruhi xəstədir. Kənd nümayəndəliyi hadisə ilə bağlı sahə müvəkkilini məlumatlandırıb. Əlimizdən gələn köməyi etməyə çalışacağıq”.
T.Zülfüqarov ruhi xəstə olan şəxsin bu cür addım atmasının səbəbini belə izah edib:
“Axşam camaat məsciddən çıxarkən Tohid əsəbiləşib. O, insanların onu qoyub getməsinə görə bu vəziyyətə düşüb. Sonra, əlindəki taxta parçası ilə şüşələri sındırıb, məscidin içini dağıdıb. Xalçaları aparmaq istəyirmiş. Camaat güclə sakitləşdirib”.
Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri məsciddə polis tərəfindən axtarış aparıldığı və bu zaman məscidin dağıdıldığı haqda məlumatlar paylaşılıb.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

31-08-2015, 17:16
Cüdoçular İlham Əliyevə şikayət etdi – FOTO
7-05-2021, 11:52
Məşhurlardan Arif Quliyevlə bağlı TƏSİRLİ SÖZLƏR: “Böyüdüyü uşaq evinə aparmışdıq...”
8-10-2016, 14:31
İŞİD-in azərbaycanlı ''əmir''i Türkiyədə həbs olundu
16-04-2017, 18:54
"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Şəmxani
28-06-2021, 11:40
Azərbaycanda DƏHŞƏT: 3 uşaq anası özünü ...
17-12-2018, 17:10
Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza verildi
18-07-2016, 00:02
ABŞ qarışır: 4 nəfər girov götürüldü
13-09-2017, 11:11
Bu gün Ay Yerə yaxınlaşacaq: Bizi nə gözləyir?
28-08-2019, 18:46
Mikayıl Cabbarov bu qaydanı təsdiq etdi - Oktyabrın 1-dən...
17-05-2016, 15:21
Camalənin anası: "Bizi İrəvandan deportasiya etdilər"