Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda satılan bütün siqaretlərin qiyməti 50 faiz bahalaşdı (FOTO)
Tarix: 21-12-2015 | Saat: 18:07
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bakıda satılan bütün siqaretlərin qiyməti 50 faiz bahalaşdı (FOTO)

Bu gündən etibarən Bakıda satılan bütün siqaretlərin qiyməti 50 faiz bahalaşıb.

Xeberaz.az-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə yazılıb. Qeyd edilir ki, siqaretin qiymətinn qalxması manatın dollara nsibətən ucuzlaşması səbəbindəndir. Bildirilir ki, dükan və mağazalarda artıq siqaretin qiymətinin bahalaşması ilə bağlı elanlar da yapışdırılıb.

Bildirilir ki, bəzi mağazalarda siqaret satılmır. Sosial şəbəkələrəd yazılanlara görə, bir çox satış məntəqələrində siqareti 2 qutudan artıq vermirlər. Söz gəzir ki, yaxın günlərdə tütün və tütün məmulatlarının qiymətində artım olacaq.

Məsələ ilə bağlı rəsmi məlumat öyrənmək üçün İqtisadiyyat və Sənaye Nazirliyilə əlaqə saxlasaq da, qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev telefonlara cavab vermədi.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.


Xəbəri paylaş

8648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___