Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda məktəbli bıçaqlanıb - YENİLƏNİB
Tarix: 16-12-2015 | Saat: 13:34
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda məktəbli bıçaqlanıb - YENİLƏNİB
Məktəblini bıçaqlayan şəxs tutulub.

Bakıda orta məktəb şagirdini bıçaqlayan şəxs tutulub.

Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də 15 yaşlı Kamran Abbaszadəyə bıçaqla xəsarət yetirən şəxsin Bakı şəhər sakini Kənan Qasımov olması müəyyən edilib və o, saxlanılıb.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

12:33

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Qeyd edək ki, bıçaqlanan K. Abbaszadə orta məktəb şagirdidir.


Xəbəri paylaş

5818 dəfə oxunub.

Digər xəbərlər
2-07-2016, 12:38 98 illik polisin tarixi

bütün xəbərlər
____ Instagram ___