Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fatih Terimlə yol getməyən 10 məşhur: Qaydalara allergiyası olan, qəribə insandı
Tarix: 07-06-2017 | Saat: 17:51
Bölmə:Karusel / İdman | çapa göndər


“Barselona”nın futbolçusu Arda Turanla bağlı yaşanan qalmaqal Türkiyə mətbuatının gündəmindən düşmür. apasport.az saytının məlumatına görə, qardaş ölkə mediası kapitanın jurnalist Bilal Meşe ilə probleminin kökündə baş məşqçi Fatih Terimin dayandığını iddia edir.
 
Belə ki, 30 yaşlı oyunçu qalmaqal əsnasında jurnalisti söyməklə yanaşı, “İmperator” ləqəbli çalışdırıcının ünvanına da üstüörtülü sözlər atmışdı. Hadisələrin yekununda isə Arda yığma karyerasını bitirdiyini açıqlamışdı.
 
“Barsa”nın “7 nömrəsi” Terimlə problem yaşayan ilk futbolçu deyil. Təcrübəli mütəxəssis uğurlu karyerası ilə yanaşı, bəzi ulduz oyunçularla yola getməməsi ilə də tanınır.
 
Terimdən narazı qalan ən tanınmış 10 futbolçunu sizə təqdim edirik...
 
Hakan Şükür
Osman Tamburacıya verdiyi müsahibənin Fatih Terimi əsəbləşdirməsi iddiası, avtomobil qalmaqalı və komandadaxili münasibətlərin korlanması... “İmperator”la “kral” arasında münasibətlər əksər vaxtlarda gərgin olub. Terim Hakanı AÇ-2008-ə aparmamaqla bunu təsdiqləmişdi.
 
Predraq Miyatoviç
Terim “Fiorentina”nın “sükanı arxası”na keçdiyi ilk gündən Miyatoviçlə yola getməyib və onların münasibəti həmişə pis olub. Serbiyalı futbolçu sonradan Terim haqqında bu fikirləri səsləndirmişdi: “Onun komanda şəklində hücum, eyni formada müdafiə olunmaq kimi axmaq oyun anlayışı var”.
 
Bülənt Qorxmaz
Terimin ilk vaxtlarda qazandığı uğurlarda böyük pay sahibi olan Qorxmaz ikinci dönəmdə gəncləşdirmə siyasətinin qurbanlarından birinə çevrilib. Əfsanəvi kapitan bu incikliyi uzun müddət davam etdirib.
 
Yıldıray Baştürk
“İmperator”dan narazı qalan futbolçuların sırasında Yıldıray da var. Buna səbəb isə Terimin AÇ-2008-də onu yekun heyətə daxil etməməsi olub. Baştürk həmin vaxtları belə xatırlayır: “Avropa çempionatına aparılsaydım, həm qitə, həm də dünya birinciliyində oynamış nadir futbolçulardan biri olardım. Çempionlar Liqasının finalını görmüş ilk türk idim. Bütün mövsümboyu Avropa çempionatına hazırlaşmışdım. Seçmə mərhələ matçlarına da dəvət alırdım. Turnirə yollanan heyətə düşmədiyimi öyrəndikdə isə 3 gün ağladım”.
 
Andrea Pirlo
“Milan”da işlədiyi qısa dönəmdə Pirlo ilə yaşadığı gərginlik mətbuata sızmadı. Amma ulduz futbolçu illər sonra işıq üzü görən kitabında türkiyəli mütəxəssisi sərt şəkildə tənqid etmişdi: “Fatih olduqca diqqətçəkən və qaydalara allergiyası olan, qəribə insandı. “Milan”da uzun müddət qala bilməyəcəyi gəldiyi ilk günlərdən bəlli idi. Çox keçmədi ki, qovuldu”.
 
Hakan Ünsal
İngliltərədən “Qalatasaray”a dönən müdafiəçi ikinci “cim-bom” dönəmini yaşadığı üçün peşman olmuşdu. Bunu həmin vaxt verdiyi açıqlama ilə hiss etdirmişdi: “İngiltərə kimi rahat yeri buraxıb, “Qalatasaray” və Fatih hoca üçün geri qayıtdım. Bunun qarşılığında heyətdən kənarda qalmağım məni çox məyus etdi”.
 
Ümit Karan
Terimin ulduzunun barışmadığı futbolçulardan biri də Karan olub. Gecə həyatına olan bağlılığı Ümitin əleyhinə işləyən məqamlardan idi. Nəticədə bəzi matçları kənardan izləyib, bəzilərində ehtiyatda qalmışdı.  
 
Milan Baroş
Terimin məşqçiliyindən şikayət edən əcnəbi futbolçuların sırasında Baroş da var. O, narazılığını “Qalatasaray”dan ayrıldıqdan sonra dilə gətirmişdi: “Terimlə bağlı yaxşı şeylər xatırlamıram. Onun möhtəşəm məşqçi olduğunu deyirdilər. Amma birlikdə çalışdıqdan sonra həqiqəti gördüm. Dünyada Terimdən yaxşı olan kifayət qədər məşqçi var”.
 
Burak Yılmaz
AÇ-2016-ya damğasını vuran mükafat məsələsinin təməlində Burak olub. Terim bu gərginlikdən sonra Yılmazı “qara sıyahı”ya salaraq, ona bir müddət dəvət göndərmədi.
 
Arda Turan
Əslində, Arda ilə münasibətlər hələ ötənilki Avropa çempionatı zamanı gərginləşmişdi. “Barselona”nın yarımmüdafiəçisi həmin vaxt Buraka dəstək verməklə, Terimə qarşı çıxmışdı. Nəticədə klubunda əla çıxış etdiyi bir vaxtda yığmaya çağırılmadı. Sonradan cütlüyün arasındakı buzlar ərisə də, bu, çox çəkmədi. Arda jurnalistlə yaşadığı son qalmaqalın ardından əvvəlcə heyətdən kənarlaşdırıldı, sonra isə yığma karyerasını bitirdiyini açıqladı.



4128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___