Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cinsi yolla yoluxan xəstəliklər hansılardır
Tarix: 10-12-2015 | Saat: 18:59
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Cinsi yolla yoluxan xəstəliklər hansılardır
İnfeksiya quruluşçu bir mikrob tərəfindən meydana gələn və insana vaginal, anal, oral seks də daxil olmaq üzrə cinsi əlaqə yoluyla keçən xəstəliklərə, cinsi yolla yoluxan xəstəliklər deyilir. Bu qrupdakı bəzi xəstəliklər qan vermə və ya alma, maddə asılılarında iynə yoluyla, öpüşmə yoluyla, eyni qab istifadəsiylə, eyni dəsmal istifadəsiylə, qucaqlaşmaqla, doğumda və əmizdirmə əsnasında da keçə bilər.

Yoluxma yolları: Ən sıx görülən yoluxma yolu qorunmadan cinsi əlaqədir. Cinsi əlaqədə olduğunuz partnyor sayı artdıqca risk də artır. Bu səbəbdən birdən çox adamla cinsi əlaqədə olmaq təhlükəlidir. Kondom istifadə etmədən cinsi əlaqə zamanı yoluxma ola bilər. Kişidə sperma, qadında isə vagina mayesi, mikrob daşıya bilər. Cinsi yolla yoluxan xəstəliklər hansılardır?

Bel soyuqluğu
Sifilis
Yumşaq çiban
Klamidya Tricomatis
Tricomanas Vaginalis
Artıma orqanlarında uçuqlar
İnsan Papillom Virus (HPV)
Hepatit B Virusu
AIDS/HIV

Qorunma yolları: Qorunma yollarının başında xəstəliyi yoluxdura biləcək davranışlardan uzaq dayanmaq gəlir. Çox sayda adamla əlaqə yaratmaq, başqalarıyla cinsi əlaqə yaratmağı peşə halına gətirənlərlə əlaqə yaratmaq və bu əlaqələr əsnasında kondom istifadə etməmək riski artırır.
HIV, AIDS və Hepatit B riskinə qarşı qanla bulaşma yoluna diqqət yetirilməlidir. Bərbər və bərbər salonlarında və səhiyyə təşkilatlarında ümumi xidmətdə istifadə edilən vəsaitlərin təmizliyindən əmin olunmalıdır.
Başqalarının yaralarına çılpaq əllə toxunmaq, eyni injeksiyanı istifadə etmək, qan qardaşı olmaq, eyni təraş bıçağını ya da ülgücü istifadə etmək yoluxma təhlükəsini artırar.
Xüsusilə cinsi orqanlarda meydana gələn yara, sızanaq və ya qaşınma dərhal müalicə edilməsi lazımdır, çünki bu yaralar asan xəstəlik tutmağa səbəb olar.

Kişilərdə: sıx sidiyə çıxma və sidikdə yanma, ağrı.
Penisten sidik sonrası və ya davamlı axıntı
Penis səthində ağrılı xoralar və əzələlərdə əllə hiss edilən sərtliklər

Qadınlarda: sidiyə çıxmada ağrı və yanma, sıx sidiyə çıxma
Tünd rəngli və pis qoxulu axıntı
Hər iki cinsdə də; cinsi əlaqə əsnasında ya da cinsi orqanlarda davamlı ağrı
Sıx ölü doğum
Cinsi orqanlarda uçuğa bənzər töküntülər, şiddətli ağrı
Qıçların arasında qalan və cinsi orqanları örtən əzələ toxuması bölgəsində apselər.

Bu simptomlar görülən zaman dərhal bir sağlamlıq mərkəzinə müraciət edilməlidir.


Xəbəri paylaş

5 9768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___