Azərbaycanda qış fəsli üçün gözlənilən hava proqnozu
Tarix: 03-12-2015 | Saat: 13:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Yanvar və fevral aylarında ölkə ərazisi tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fəsillik proqnozlar Ümumdünya Мeteorologiya Тəşkilatının (WMO) yüksək texnologiyalarla təchiz olunmuş 5 regional iqlim mərkəzində hazırlanır və təşkilatın bütün üzv ölkələri üçün yayımlanır. Qeyd edək ki, mövsümü proqnozlar çoxsaylı rəqəmli, dinamik və statistik modellər arasından seçilmiş daha realistik modellərin əsasında tərtib edilir.
Yuxarıda qeyd olunan modellərin nəticələrinə əsasən, çoxillik statistik meteorоloji məlumatların təhlilinə görə Cənubi Qafqaz regionunda, eyni zamanda Azərbaycanda bu qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturların iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər yüksək olacağı qənaətinə gəlinib.
Qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə normadan aşağı enəcəyi ehtimal olunur. Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.
Dekabr ayının hava şəraitinin adətən nisbətən mülayim keçməsi ilə xarakterizə olunmasına baxmayaraq, bəzi günlərdə ölkə ərazisi soyuq hava kütlələrinin təsirinə məruz qalacaq. Buna görə də dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə normadan bir qədər yüksək olacağı gözlənilir.
Yağıntıların isə iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda iqlim normasından bir qədər çox olacağı proqnozlaşdırılır.
Xəbəri paylaş
7818 dəfə oxunub.
Digər xəbərlər

28-04-2016, 16:06
Nazirlik BMT ilə müqavilə imzaladı - Foto
6-02-2017, 19:11
Yenicə evlənən Namiq əcnəbi modellə OTELDƏ - FOTOLAR
7-07-2021, 10:11
Dibçəkdə yetişdirilən vaksin: Azərbaycanlı professor COVID-19 əleyhinə bitki peyvəndi hazırladı
21-03-2017, 23:29
Türkiyədə əsgərləri ildırım vurdu - 4 yaralı
19-07-2018, 13:16
Özünü 17-ci mərtəbədən atan qızın anası: "Kaş qızım sağ olaydı, onu bütün səhvləri ilə qəbul edərdim"
10-01-2017, 16:08
Bakıda gənc oğlan özünü 19-cu mərtəbədən atdı
19-09-2023, 08:57
Düşbərə, xəngəl sevənlərə BƏD XƏBƏR
6-02-2016, 12:59
Böyük sinə hansı xəstəliyin göstəricisidir? - FOTO
30-06-2015, 13:22
Təyyarə otelin üzərinə düşdü ( VİDEO)
23-02-2017, 16:43
"Azərbaycan kişisinə utanc gətirən Aygün Kazımova gecə saat 12-dən sonra..." - Flora yıxıb sürüdü