Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman
Tarix: 30-03-2015, 18:01 | Saat: 15:47:00
Bölmə:Karusel / Təhsil / M2 / Qarabağdan xəbər var | çapa göndər

İntiqam-Qarabağ mövzusunda yazılmış Roman

BÖYÜK QAPILARIN ARXASINDA

Pənscərəsi vüs'ətli və sakit axan çaya açılan, açıq boz rəngli qəşəng pərdəli, geniş, işıqlı otaq. Sol tərəfdən dörd metrəyə yaxın eni, iki metrə hündürlüyü olan dünyanın siyasi xəritəsi asılmışdı. Otağın ortasında qoyulmuş iri, ağır stolun ətrafında bir neçə yüksək rütbəli zabit əyləşib, diqqətlə məruzə edən kolleqalarını dinləyirdilər. O, xəritənin qarşısında dayanıb, əlindəki göstəricini Xəzər dənizi hövzəsinin rayonuna tuşlamışdı.

ƏSGƏR ANASI

Bu dünyada şirin şey bir anadır, bir vətən
İntiqam sərt addımlarla dəhlizi keçib, səbatla çıxışa doğru yönəldi. Növbətçi zabit bir daha hörmətlə əlini papğına tərəf qaldıraraq onun üçün qapını açmağa tələsdi. İntiqam diqqətlə ona baxdı, rəsmi və eyni zamanda nəzakətlə başı ilə növbətçinin salamını alıb küçəyə çıxdı.
Yayın son günləri idi. Yüngül, neft qoxulu, xəfif, ötəri payız mehi Xəzər dənizindən üz tutaraq İçəri şəhərin dalanlarına yayılırdı. Günəşin şiltaq şüaları ağacların sıx yarpaqları arasında oynayır və hələ isti yay günlərini xatırladırdı. Yayın isti nəfəsini yalnız ağacların sıx yarpaqları arasından keçərək işıq saçan, oynaq gün şüalarından duymaq mümkün idi.
Yaşlı adamlar skamyalarda oturub gəlib-gedəni qocalara xas bir maraqla süzürdilər. Müxtəlif idarələrin qarşısında gündəlik hadisələri qızğın emosionallıqla müzakirə edən dəstə-dəstə adamları görmək olurdu. Xırda ticarətçilər onsuz da basırıq olan mərkəzi küçələri daha da tünlük edirdi.
İntiqam yaxınlıqdakı əzcaxanaya daxil oldu. Dərmanların pulunu ödəyəndə o, bayaqkı mülki şəxsin mobil ratsiyayla kiminləsə dalğın-dalğın danışdığını və tələsə-tələsə “BMW”sinə oturaraq maşını sürüb ordan uzaqlaşdığını gördü.
Onun hərbçi olması İntiqam üçün şəksiz idi, çünki hərbi komissarlıqdakı söhbətdə yalnız hərbçi iştirak edə bilərdi, lakin... hərbçi üçün o çox varlı idi.
İntiqam evinin qapısına çatanadək komissarliqda baş verənləri yenidən götür-qoy edir və dönə-dönə hər bir epizodu bir neçə dəfə nəzərdən keçirməyə çalışırdı.
Telefon zəng çaldı, İntiqam çaydanı qazın üstünə qoyub dəstəyi qaldırdı. Bu hərbçi yoldaşlarından birinin anası idi. O, İntiqamdan getməzdən əvvəl ona hökmən baş çəkməyini xahiş edirdi. Oğluna isti paltar qoyacaqdı. Intiqam bir daha ananı arxayın etdi ki, ona dəyməmiş getməyəcək...
Lakin...əgər o bilsəydi...
Ana isə oğlu haqqında yeni bir söz eşitmək ümidi ilə qəsdən söhbəti uzadır, hal-əhval tutur, cəbhədəki vəziyyəti soruşurdu. Intiqam bunu anlayırdı və qadının suallarına səbrlə cavab verirdi, söhbətin uzanmasına mane olmurdu. Bu söhbətlərin, hətta hər sözün belə əsgər anası üçün nə qədər dəyərli olduğunu çox gözəl başa düşürdü. Əvvəlki söhbətlərdə nəyinsə unudulduğunu, məhz bu dəfə yeni bir sözü eşitmək ümüdü ilə qürurunu yenərək həftədə bir neçə dəfə eyni xahişi xatırlatmaq üçün zəng etməyin nə qədər çətin olduğunu İntiqam yaxşı başa düşürdü.
Söhbət bitdikdən sonra İntiqam medikamentləri masanın üstünə düzdü, mətbəxdən təzədəm, tünd çay gətirdi. Daha sonra isə televizoru qoşub kresloda rahat əyləşdi və professionallıqla altı ampulanı üç müxtəlif birdəfəlik şprislərə doldurdu. Tələsmədən, əvvəlcə iki əzələdaxili iynələri, sonra isə bir venadaxili iynəni, növbə ilə qoluna vurdu.
Televizorda siyasi veriliş gedirdi. İntiqam diqqətlə dərmanların üzərindəki təlimatı oxuyaraq iki siyasi partiyanın liderlərinin söhbətinə qulaq asırdı. Təlimatı oxuyub qutardıqdan sonra başını kresloya söykəyib yenidən ani olaraq komissarlıqdaki söhbətə qayıtdı.
“Yox, --deyə o düşündü, -- əlbətdə ki, yox... heç hansı bir səbəb məni dəstəmnən ayıra bilməz. Nə olur olsun...”

ARDI VAR...
Müəllif: Əli Mədət

4878 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
24-05-2019
bütün xəbərlər
____ Instagram ___