Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin başına uyğun papaq tapa bilmədi, işdən qovuldu
Tarix: 31-10-2015, 16:41 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Prezidentin başına uyğun papaq tapa bilmədi, işdən qovuldu

Zimbabve Universitetinin prorektoru işdən qovulub. Onun qovulmağına səbəb nə olsa yaxşıdır? Papaq

Söhbət elə-belə adamın yox, prezident Robert Muqabenin papağından gedir.

Prorektor məzunların buraxılış mərasimində iştirak edəcək prezidentə baş ölçüsünə uyğun akademik papaq tapa bilməyibmiş. Buna görə də işi ilə vidalaşmalı olub.

30 ilə yaxındır Zimbabveni idarə edən Robert Muqabe ölkə qanunvericiliyinə görə, həm də dövlətin bütün universitetlərinin rektorudur. Buna görə də o, bir qayda olaraq bütün buraxılış gecələrində iştirak edir.

Ancaq bir şey var ki, Robert Muqabenin hansısa tədbirdə iştirakı tədbir iştirakçılarında sevincdən daha çox qorxu hissi yaradır.

Həmişəki kimi bu dəfə də elə olub. Prorektor Nqaatendve Takaviranın təqdim etdiyi akademik papaq prezidentin başına kiçik olub. Papaq geri qaytarılıb.

91 yaşlı Muqabenin başına uyğun papaq tapmaq üçün buraxılış mərasimi 45 dəqiqə gecikib. Hər halda “günahkar” prorektora qarşı başlanmış araşdırma materiallarında belə deyilir.

Nqaatendve Takavira intizam məsuliyyətinə cəlb edilib. Prezidentin qəzəbinə tuş gəlmiş zavallı prorektor deyir ki, 45 dəqiqəlik böyük papaq axtarışından sonra Muqabe yenə də başına əvvəl imtina etdiyi papağı qoyub. Özü də həmin papaq onun başına çox da yaxşı oturub.

30 ilə yaxındır ölkəni idarə edən Muqabeni qəzəbləndirən prorektor Takavira vəkili vasitəsilə araşdırma aparan komitəyə izahat təqdim edib. Həmin izahatında bildirib ki, papağın ölçüsünü prezidentin ofisindən öyrənibmiş. Papaq hazır olandan sonra da onu yoxlamaq üçün Muqabenin ofisinə göndərib. Ancaq ona deyiblər ki, prezidentin işi çoxdur, papağı başına qoyub yoxlaya bilməyəcək.

1996-cı ildən Zimbabve Universitetində buraxılış mərasimlərinin təşkili ilə məşğul olan Takavira araşdırmanın qərəzli aparıldığını deyir. Buna görə də prorektor işə müstəqil komissiyanın cəlb edilməsini istəyir.

Universitetdən isə bildiriblər ki, İntizam Komissiyası Takaviranın işinə ədalətlə baxır.(virtual.org)

3518 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
9-07-2015, 12:12 DÜŞMƏN QARDAŞLAR

{sape_links}{sape_article}
24-05-2019
bütün xəbərlər
____ Instagram ___