Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yanmış “Admiral”ın azərbaycanlı sahibi: Məni təhdid edirdilər –
Tarix: 12-03-2015 | Saat: 13:15
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Yanmış “Admiral”ın azərbaycanlı sahibi: Məni təhdid edirdilər –
“Gecə və gündüz növbə çəkirdik”.

“Admiral” ticarət evinin sahibini binanı yandıracaqları ilə hədələyirlərmiş.

Xeberaz.az LifeNews-a istinadən xəbər verir ki, azərbaycanlı Hüseyn Qəhrəmanov – dünən Kazanda yanmış “Admiral” ticarət mərkəzinin sahibi həmin təhdidləri tamamilə real hesab edirmiş və buna görə də, ticarət mərkəzinin mühafizəsini təşkil edib, hətta “Zarya” MMC-nin direktorunun qohumları da gecə və gündüz növbətçilik çəkirlərmiş.

“Təhdid edirdilər, lakin bilmirəm kim. Mühafizədən başqa mənim qohumlarım və yaxın dostlarımın ailələri gecə və gündüz növbə çəkməli olurdular. Mühafizədən başqa 10 nəfərədək insan ətrafı gəzirdilər ki, belə şeylərdən qoruna bilək”, - deyə, “Admiral” ticarət mərkəzinin sahibi olan “Zarya” MMC-nin direktoru Hüseyn Qəhrəmanov danışır.

Qəhrəmanovun sözlərinə görə, dünənki dəhşətli yanğın zamanı bütün sahibkarlar və ziyarətçilər əvvəlcə yanan binanı tərk etdilər və qurbanların olmasının qarşısını almaq mümkün idi. Lakin sonra bir çoxları öz mallarının arxasınca ticarət mərkəzinə daxil oldular.

“Sahibkarlar mühafizəni, polisi, yanğınsöndürənləri aşıb keçərək, ticarət mərkəzinə daxil oldular. Alovu görəndə az qala dava salıb mallarını çıxarmağa başladılar. Biz onların qarşısını ala bilməzdik. Mühafizə, polisə qarşı qaz balonundan istifadə etdilər ki, mallarının arxasınca getsinlər, - deyə, Qəhrəmanov bildirib. – Əvvəlcə oradan hamı çıxdı, bütün ticarət mərkəzi boşaldı, lakin alovu görən kimi hamı geriyə qayıtdı. Hamının krediti, hamının borcu var. Görün 600 nəfərin qabağını ala bilərsiz...”.

Xatırladaq ki, üçmərtəbəli “Admiral” ticarət mərkəzində yanğın haqqında siqnal təxminən günorta saat 13:00 radələrində (Moskva vaxtı ilə) daxil olub.

Tatarıstan FHN-nin Baş İdarəsindən bildiriblər ki, ilkin məlumatlara görə, yanğın ticarət mərkəzində yerləşən kafedə baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 200-ə yaxın kompleks işçisi və alıcını təxliyyə ediblər. Tezliklə “Admiral”ın dam örtüyü çöküb. Yanğın 4 min kvadratmetr ərazini əhatə edib.

Yanğın zamanı bir qadın, xəstəxanada isə üç kişi ölüb. Dəqiqləşdirilmiş məlumatlara görə, daha beş nəfərin vəziyyəti çox ağırdır.

Qəsdən yandırma hadisənin versiyalarından biri ola bilər. Yanğının şahidi Dmitri Savosin danışıb ki, son aylar Kazanda bazarlarda yanğınlar baş verir. Bu, son yarım ildə artıq beşinci yanğındır.

[media=https://youtu.be/04DQWF6Qa9k]


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
13-02-2022, 12:41 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___