Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Danimarkada “İmam Əli məscidi” açıldı
Tarix: 02-10-2015 | Saat: 14:32
Bölmə:Karusel / Dünya / M2 / İbadət | çapa göndər

Danimarkada “İmam Əli məscidi” açıldı

İslam dininin və müsəlmanların ən çox təhqir edildiyi ölkələrin başında gələn Danimarkada məscid açıldı

Gün.Az "TRT Xəbər"ə istinadən xəbər verir ki, məscid Danimarkanın paytaxtı Kopenhagen şəhərində müsəlmanların ən çox yaşadığı Nörrebro istiqamətində açılıb.

Minlərlə insanın iştirakı ilə açılan məscid 2100 kv.m ərazidə tikilib. Qoşa minarəli məsciddə eyni vaxtda 500 müsəlman namaz qıla biləcək.

Məscidin açılışında çıxış edən iranlı imam Şeyx Nisar bildirib ki, məscidlər ibadət yeri olmaqla bərabər, həm də təhsil mərkəzidir:

“Burada insanlar birlikdə yaşamağı, hörməti və sevgini öyrənir. Məscidlər həm də həmrəylik və yardımlaşma mərkəzidir. Məscidlər insanların çox mövzuda danışa biləcəkləri yerdir. Müsəlmanlar və müsəlman olmayan hər kəs bizə müraciət edə bilər”, - deyə iranlı imam bildirib.

Qeyd edək ki, məscidin tikintisi 60 milyon krona (9,5 milyon manat) başa gəlib.

Məlumat üçün bildirək ki, Danimarkada tez-tez İslam dini, Hz.Məhəmməd peyğəmbər (s.a.s) və müsəlmanlar əleyhinə çıxışlar edilir.

Məscidin açılışı islamafobiyanın güclü olduğu bu ölkədə İslam maarifləndirilməsi və yanlış fikirlərin aradan qaldırılmasına da dəstək olacaq.


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___