Havalar isti keçdiyindən insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar. Lakin bəzi çimərliklər var ki, orada çimmək insan sağlamlığı üçün zərərlidir.
Burada çimmək dəmirov, vərəm kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Qəribədir ki, çimməyə gələnlərin əksəriyyəti də buradakı mövcud vəziyyətdən xəbərdardılar. Amma yenə də belə çimərliklərdən istifadə edirlər.
Xeberaz.az bildirir ki, çimərlikdən istifadə edənlər deyir ki, Türkan çimərliyi tarixən insanların ən çox üz tutduğu istirahət məkanıdır. Elə buna görə də çimərliyin təmizlənməsinə ehtiyac var. Bəzi vətəndaşlar isə illərdir ki, bu çimərliyə üz tutduqlarını, lakin hər hansı xəstəliyə yoluxmadıqlarını deyirlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin apardığı analizlərin nəticələrinə görə,Türkan çimərliyi ilə yanaşı Şıx, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri bakterioloji cəhətdən çirkli müəyyən edilib. Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə norma daxilindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu çimərliklərdən istifadə ağır xəstəliklərə səbəb ola bilər - XƏBƏRDARLIQ - VİDEO
Tarix: 15-08-2021 | Saat: 10:19
Bölmə:Karusel / Səhiyyə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-08-2021 | Saat: 10:19
Bölmə:Karusel / Səhiyyə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
4-09-2015, 13:52
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi
25-02-2016, 14:16
Cəbhədən son xəbər
8-06-2016, 19:44
İlham Əliyev: "Sərkisyanın nalayiq çıxışları..."
20-06-2015, 16:04
Rus xalqı ümidlə yaşamalıdır
12-12-2015, 16:15
Müdafiə Nazirliyinin şəxsi heyəti Fəxri xiyabanda olub - FOTO
8-05-2015, 16:10
Elnur Hüseynov: Anam namaz qılır, mən isə...
12-11-2015, 00:17
Araşdırma: “Heç bir qadın tamamilə heteroseksual deyil”
25-08-2023, 17:58
Oğlunun qatili üçün yemək süfrəsi açdı - Bakıda film kimi cinayət
9-08-2016, 02:50
Dəmir yolları birləşdirilir