Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili: "7-8 uşaqdan sonra qəhrəman ana statusu verilə bilər”
Tarix: 21-11-2023 | Saat: 20:30
Bölmə:Karusel / Gündəm | çapa göndər


"Bu gün həm deputatları, həm də cəmiyyəti narahat edən məsələ pensiya yaşıdır. Bir hissə yuxarı qaldırılmasından, bir hissə isə aşağı olmasından şikayətlənir".

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat misal çəkərək bildirib ki, elm adamları, müəllimlər və s. düşünür ki, insan 65 yaşında daha təcrübəli olur, o yaşda pensiyaya çıxmamalıdır.

"Bir hissə də var ki, özəl sektorda işləyir, yaxud işsizdir və pensiyaya çıxmaq zamanını gözləyir. Neçə faizin pensiya yaşının aşağı və ya yuxarı olmasından şikayətləndiyi statistik olaraq çıxarılsa, yaxşı olar", - o deyib.

S. Novruzov hesab edir ki, uşaqlar üçün sosial təminatın verilməsi mərhələli şəkildə həyata keçirilsə, daha məqsədəuyğun olar:

"Daha 5 uşaqdan sonra hansısa sosial yardımlardan danışılmamalıdır. Həmçinin qəhrəman ana statusunu 10 uşaq dünyaya gətirmiş qadınlara verilir ki, fikrimcə bu say 7-8-ə endirilə bilər".





Xəbəri paylaş

2 5378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___