Azərbaycanda 2500-dən artıq şəxs bu xəstəlikdən əziyyət çəkir
Tarix: 11-12-2017 | Saat: 17:14
Bölmə:Karusel / Səhiyyə / Araşdırma | çapa göndər
"Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır".
Xəbəraz.Az Trend-ə istinadən xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir: "Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir".
Zöhrə Əlimirzəyeva əlavə edib ki, bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir: "Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir. Statistik məlumatlara görə, hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır".
Z.Əlimirzəyeva bildirib ki, bu il leykozların diaqnostikasında aparılan laborator müayinələrin sayı 6 000-dən yuxarı olub. Buraya hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar - genetik müayinələr daxildir.
Xəbəri paylaş
6688 dəfə oxunub.
Digər xəbərlər

14-02-2016, 14:22
Heydər Əliyevin silahdaşı vəfat etdi
30-03-2016, 12:30
Ali Məhkəmədən kredit qərarı: borclar köhnə məzənnə ilə hesablana bilər
10-01-2017, 11:39
Uçan estakadaya aid olduğu ehtimal edilən əşyalar tapıldı - FOTO
19-11-2015, 15:41
Səyyar ASAN xidmət Hacıqabul və Neftçalada
31-03-2015, 00:13
31 Mart soyqırımı – 97 il
23-01-2016, 13:30
"Space" kanalının "Sevimli şou" verilişi bağlandı
5-04-2018, 09:27
13 ildir saçlarını kəsmir -FOTO
9-01-2018, 14:53
Hava kəskin dəyişəcək,sulu qar və qar yağacaq
2-03-2017, 13:25
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi - VIDEO