Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Doğuş qalmaqalı - Esra fotolar yaydı: Açıq-saçıq nəsə olanda deyirdi ki... - VİDEO
Tarix: 04-11-2023 | Saat: 19:38
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Esra Çömelek adlı qadının Türkiyədə efirə çıxaraq müğənni Doğuşla bir müddət münasibət qurduqlarını və dini nikahda olduqlarını iddia etməsi gündəmi silkələdi. 

Xeberaz.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Didem Arslan Yılmaz'la Vazgeçme"  proqramına yenidən qatılan qadın Doğuşun ona yolladığı fotoları canlı yayımda göstərib.

O, Doğuşun çox qısqanc olduğunu bildirib:

"Mənə tez-tez olduğu yerlərdən fotolar yollayırdı. Klip çəkilişində olanda telefonunun şəbəkəsi tutmurdu, sübut üçün şəkil atırdı. Özü də çox qısqanc idi, mən adicə gözəllik salonuna gedəndə də deyirdi gedəndə də, gələndə də məlumat ver. Mənə 4-5 dəfə libas dəyişdirib. Açıq-saçıq nə isə olanda deyirdi ki, qalx yuxarı əynini dəyiş. 

Hara gedirdisə, orada foto atırdı. Bilmirəm həyat yoldaşına bu qədər xəbər verirdi ya yox, o qadına həmin vaxt ürəyim ağrıyırdı".

Bir müddət əvvəl Türkiyədə sosial verilişlərdən birinə qatılan E.Çömelek keçmiş sevgilisi, fenomen Mahirin ona qarşı dələduzluq etdiyini iddia etmişdi. 

Daha sonra studiyaya zəng edən adı çəkilməyən zərgər bu dələduzluqda Doğuşun da barmağının olduğunu iddia edib:

"Mən Qapalı çarşıda mağaza sahibiyəm. O vaxt Mahir adlı şəxsin qardaşı Şakir gəlib bizdən bahalı boyunbağı aldı, həmin an pulu çıxarıb verdi və güvənimizi qazandı. Sonra həmin boyunbağıdan 3 ədəd alıb apardı və dedi ki, 3 günə pulunu verəcəm, biz də ona inandığımız üçün boyunbağıları verdim. 



Lakin 1 aya yaxın vaxt keçməsinə baxmayaraq, pulu gətirmirdi. Bir gün tanış qızıl dükanından bizə zəng gəldi ki, sizə aid olan 3 boyunbağını bir şəxs 500 min TL-yə burada satmaq üçün gətirib. Məhsullarımız patentli olduğu üçün həmin an bizə məxsus olduğunu zərgərlər anlayır. Biz dərhal həmin qızıl dükanına getdik, amma orada olan  nə Şakir, nə də qardaşı Mahir idi. Onlar dostlarını yollamışdı. Bundan sonra bizi böyük bir anbara apardılar. Anbarda hər şey var idi - 3 motosikl, 70 cütə yaxın bahalı kişi ayaqqabıları, dünyanın müxtəlif ölkələrindən gətirilən brend saatlar, kişi kostyumları, gəlinliklər...

Həmin şəxs bizə dedi ki, bir qədər gözləyin. Bir müddət sonra Doğuşun meneceri olan Aladdin adlı şəxs gələrək 3 boyunbağının pulunu - 900 min TL-ni nağd şəkildə bizə ödədi. 

Mən onlardan bu anbarın nə olduğunu soruşanda dedilər ki, Mahir sosial media fenomenidir və bunlar ona pərəstişkarlarından gələn hədiyyələrdir. Doğuşun menecerini də orada görəndə anladım ki, onlar böyük bir qruplaşmadır və varlı qadınlara qarşı bu cür dələduzluqlar edirlər".

Onun iddialarına görə, bu qruplaşma qadınları aldada bilmək üçün özlərini lüks həyat yaşayırmış kimi göstərib:

"Mənə dedilər ki, bizim özümüzün heç nəyimiz yoxdur, gözdağı vermək üçün kirayə villalarda yaşayırıq. İşi əldə etmək üçün sənin kimilərdən bahalı zinət əşyaları alırıq sonra artıqlaması ilə pulunu qaytarırıq. Bunları eşidəndə şoka düşmüşdüm. 

Mahir mənə təklif etdi ki, markamızın reklamını etsin, dedi ki, mən fenomenəm. Buna razı olmadım. 

"Hədiyyələri" yığdıqları anbar ticarət mərkəzi kimi idi". 




Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___