Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Etibarnamə ilə bağlı YENİ XƏBƏR: Sürücülər....
Tarix: 24-10-2023 | Saat: 09:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünyanın bir çox ölkələrində avtomobili idarə etmək üçün etibarnamə verilməsi qaydası ləğv olunub.

Qonşu ölkələrdə bu mexanizm çox sadə şəkildə həyata keçirilir. Azərbaycanda isə etibarnamə üzrə sənədlərin verilmə qaydaları bir xeyli mürəkkəbdir.

Avtomobil sahibinin digər şəxsə həmin avtomobili idarə etmək üçün etibarnamə verməsi bir yox, bir neçə mərhələdən ibarətdir.

Maraqlıdır, görəsən, Azərbaycanda sürücülük hüququ üçünü verilən etibarnamə ləğv edilə bilərmi?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirib ki, Azərbaycanda etibarnamənin tam şəkildə ləğv ediləcəyini düşünmürəm. Onun sözlərinə görə, etibarnamənin ləğv edilməsinin həm müsbət, həm də mənfi tərəfləri var:

"Ona görə də bunun üçün qanunvericiliyə baxılmalı, etibarnamənin əvəzinə digər alternativ yollar düşünülməlidir. Əlbəttə ki, bütün bunlar aidiyyəti qurular tərəfindən həyata keçirilməlidir. Fikrimcə, etibarnamə ləğv edilməlidir. Etibarnamənin ləğvi insanların işini asanlaşdıracaq".



Xəbəri paylaş

1868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___