Sahibkarı döyən bələdiyyə sədrinə hökm oxundu
Tarix: 11-06-2016 | Saat: 13:26
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Sabirabad rayon Məhkəməsində sahibkara qarşı cinayət törətməkdə təqsirləndirilən bələdiyyə sədri Fikrət Əmrahovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Təyyar Abbaslının sədrlik etdiyi prosesdə prokuror çıxış edib. Prokuror Fikrət Əmrahovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hakim hökm elan edib. Məhkəmənin hökmü ilə Fikrət Əmrahov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.
Qeyd edək ki, ötən ilin iyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kənd bələdiyyəsinin sədri Fikrət Əmrahovla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqif Nəcəfov arasında mübahisə yaranıb. Mübahisə zamanı Fikrət Əmrahov Aqif Nəcəfovu döyərək, ona bədən xəsarəti yetirib.
Fikrət Əmrahov Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

27-05-2023, 10:05
Çingizxanı güclü və enerjili edən UNİKAL ÇAY RESEPTİ
13-09-2016, 01:12
Lənkəranda 29 yaşlı qadın özünü çaya atdı
19-11-2021, 12:02
Speys TV-nin aparıcısı vəfat etdi
31-08-2015, 12:54
Tələbəsindən Vahabzadə ilə bağlı xoş olmayan xatirə
3-07-2022, 11:48
Baş ağrısı zamanı gicgahlara çəkin... TƏBİİ ÇARƏ
14-01-2018, 19:27
Keçmiş sevgilisi onu şəkilləri ilə şantaj edir
27-11-2015, 00:15
Zorla ərə verilən qadın: Elə o vaxtdan qara günlərim başladı - VİDEO
30-04-2016, 15:13
İran: "8 dəqiqəyə İsraili silə bilərik..."
22-03-2016, 11:56
Avropanın göbəyində partlayış - YENİLƏNİB - VİDEO - FOTO
1-06-2016, 22:45
Almaniya da Britaniyanın qalmasını istədi