Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hər dükanda satılan KORONAVİRUS qatili – Tanınmış rusiyalı həkimin tövsiyyələri
Tarix: 05-10-2023 | Saat: 19:54
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Tanlnmış rusiyalı həkim, “O samon qlavnom” televiziya verilişinin aparıcısı Aleksandr Myasnikov koronavirus epidemiyası zamanı təşvişə düşməməyi, şarlatanlara inanmamağı və koronavirusa qarşı heç bir effekivliyi olmayan dərmanlara pul xərcləməməyi tövsiyyə edir.

Həkimin sözlərinə görə, koronavirusa qarşı heç bir dərman və ya vaksin hələ ki yoxdur. Bu tək koronavirusa deyil, bir çox virus infeksiyalarına aiddir.


Myasnikovun sözlərinə koronavirusdan qorunmaq üçün ən yaxşı üsul gigiyena qaydalarına ciddi riayət etməkdir. Sabun və ilıq su koronavirusu asanlıqla məhv edir. Həkimin sözlərinə görə, koronavirusla mübarizədə maye sabunlara üstünlük vermək lazımdır ki, belə sabundan istifadə zamanı fiziki kontakt nəzərdə tutulmur.

Myasnikov xüsusilə qeyd edib ki, güclü immunitet insanı istənilən virusdan qoruya bilir. İmmun sistemini hər zaman “döyüşə hazır” vəziyyətdə saxlamaq üçün bu qaydalara əməl etmək lazımdır:

- Yaxşı qidalanın. Gidalar sağlam və çeşidli olmalıdır. Qidalanmada daim ət, yumurta, süd məhsulları, taxıllar, meyvə və tərəvəzlər olamlıdır.

- Gecə yuxusu 6 saatdan az olmamalıdır.

- Pis vərdişlərdən imtina edin.

- Fiziki aktivliyinizi artırın.

- Streslərdən uzaq durun.

Tibbi maskaların taxılmasına gəldikdə isə, həkim bildirib ki, onların taxılması yalnız xəstə insanlar və tibbi personal üçün vacibdir. Sağlam insanlar maska taxmaya bilər.  

Saglamolun.Az












Xəbəri paylaş

3468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___