Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şagirdlər "artıq yük"dən azad olacaq - RƏSMİ
Tarix: 02-03-2017 | Saat: 17:39
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Şagirdlər "artıq yük"dən azad olacaq - RƏSMİ

Təhsil Nazirliyi qəbul olunması məqsədilə "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsini hazırlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.

Layihənin təsdiqlənməsi üçün hökumətə təqdim ediləcəyini deyən A.Əhmədovun sözlərinə görə, mövcud standartlardan fərqli olaraq, yeni standartlar "artıq yük"lərdən azad edilib:

"İndi proqramların ağırlığından şikayət edirlər. Haradasa haqlı cəhətlər, haradasa ədalətsiz cəhətlər də var. Amma deyilən hər bir məsələni nəzərə almaq lazımdır. Biz də mövcud standartlara ciddi şəkildə yenidən baxdıq və müəyyən mənada korreksiya etdik, onları artıq yükdən azad etdik. Proqram yazılışında ən vacib məsələ odur ki, uşağa lazımi məlumatları verəsən, lazım olmayan məsələləri oraya daxil etməyəsən. "Lazım olmayan məsələ" o demək deyil ki, o, ümumiyyətlə, uşağa lazım deyil. Sadəcə olaraq, həmin mərhələdə lazım deyil. Çalışmaq lazımdır ki, uşaq əlavə məsələləri özü öyrənə bilsin".

Təhsil proqramlarının düşüncə, təfəkkür üzərində qurulmasını olduqca vacib sayan A.Əhmədov əlavə edib ki, artıq yeni standartlar əsasında kurrikulumun hazırlanmasına başlanılıb.

Qeyd edək ki, mövcud "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları" Nazirlər Kabinetinin qərarı ilə 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilib.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___