Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Elza Simonyanın xəbəri yoxdur ki, Bakıda onu Elza Seyidcahan gözləyir”
Tarix: 26-09-2023 | Saat: 21:17
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Qarabağda yaşayan erməni müğənni Elza Simonyanın Azərbaycan vətəndaşlığını alacağı, Xankəndidə qalacağı iddia olunur. Məlumatlara görə, o, Azərbaycan şou biznesinə inteqrasiya olunmaq arzusunu dilə gətirib. 

Bu xəbər ölkəmizdə ciddi həyəcan yaradıb. 

Bəs görəsən, Azərbaycan vətəndaşlığını qəbul edəcəyi iddia olunan müğənni yerli şou-biznesə qatılmağı bacaracaqmı?

Xeberaz.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə danışan prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) erməni müğənninin bu fikirlərinin saxta pafos olduğunu, buna inanmadığını deyib:

"Tarix təkrarlanır. Biz qalib ölkənin vətəndaşıyıq, bu dövlətin yürütdüyü siyasətdir. Biz 30 il gözlədik, humanistliyimizi göstərdik, onları sülhə dəvət etdik, amma erməni yenə də ermənidir. İlanın ağına da, qarasına da lənət! Bu gün 10 mindən çox erməni Xankəndidən gedib, onları heç kim qovmur. Onlar gedirlər və sərhəddi keçəndə sonra  deyirlər ki, bizi buradan zorla çıxarırlar. Onlar hələ də başa düşmürlər ki, 30 ildir ki, bizim torpaqlarda yaşayırlar. Ermənistanın bizim daxili siyasətə qarışacaq hünəri yoxdur. Həmin müğənni qızın belə deməyini isə pafos hesab edirəm. Mən inanmıram ki, hansısa azərbaycanlı erməni müğənniyə pul verib toyuna dəvət eləsin. Reintaqrasiya məsələsi illər aparan prosesdir. Biz Xocalıdan olan analarımızın fəryadını, minlərlə şəhidimizi necə 15 günə unuda bilərik?!

Məncə, Xankəndindəki ermənilərə də uzun illər lazımdır ki, azərbaycanlılara inteqrasiya olsunlar. Mən inanmıram ki, Qarabağdakı ermənilər vətəndaşlıq aldıqdan sonra durub Bakıya gəlsinlər, şəhərdə gəzsinlər. Azərbaycan dövləti onlara zəmanət verir ki, ermənilərə heç nə olmayacaq. Amma buna illər lazımdır. Erməni müğənninin bizim şou-biznesə gələcəyinə inanmıram. Bəlkə də Elza Simonyan heç bu sözləri deməyib, bu, sadəcə iddiadır". 

Tolik Elza Simonyanın yerli şou-biznesə qatılacağını, toy məclislərinə gedəcəyini real hesab etmədiyini bildirib: 

"Hazırkı vəziyyətdə dövlətimiz humanist addım atıb. Vətəndaş olaraq buna heç nə deyə bilmərəm, bəlkə də ürəyim başqa söz deyər, dilimsə başqa şey... 

İnanmıram erməni müğənni də Azərbaycan şou-biznesinə qatılsın. Adam nə qədər arsız olmalıdır ki, bunu istəsin? Ola bilər vətəndaşlığı qəbul etsin, amma başqa şeylərə inanmıram. Erməni qızı inanmıram ki, Bakıya gəlsin, hətta burada toylara getsin. O zaman biz də onlara şərt qoyaq: nə vaxt ki, Qafandan, İrəvandan olan azərbaycanlılarımız ora gedər, dədə-baba yurdunda rahat gəzər, o zaman onlar da gəlib Bakıda rahat gəzər.

Elza Simonyanın xəbəri yoxdur ki, Bakıda onu Elza Seyidcahan gözləyir, ona elə şeir yazar ki, dədəsi də yadından çıxar".  





Xəbəri paylaş

3748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___