Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkim, yoxsa "sınıqçı", "çöpçü"...? - Yanlış BİLİNƏNLƏR
Tarix: 21-09-2023 | Saat: 14:33
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır. Azərbaycanda, xüsusən də bölgələrdə əli, qolu çıxan və ya ayağı sınan insanların bir çoxu həkim əvəzinə, sınıqçıya üz tutur. Hətta bəzi onlayn xidmət saytlarında vətəndaşlara xidmət təklif edən sınıqçılara da rast gəlmək mümkündür.

Sınıqçılıq - el arasında yayılmış xalq təbabət üsulları ilə müalicə növüdür. Sınıqçı çıxmış və ya sınmış sümüyü yerinə sala bilən ara həkimidir. İllər əvvəl həkimlərin olmadığı ucqar yerlərdə insanlara məhz sınıqçılar yardım ediblər.


Sınıqçılar sümükləri yerinə oturtduqdan sonra bir qayda olaraq yumurta və xəmirdən istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar. Bu hərəkətsizlik ondan ötrü lazımdır ki, sınığın yeri rahat sağala bilsin. Hətta kartofdan, xiyardan istifadə edən sınıqçılar da var.

Ara həkimlərinin qəbulunda olmuş bir çox “pasiyent” bu metodun effektivliyindən razılıqla danışır.

Ortoped-travmatoloqlar isə sınıq, çıxıq zamanı həkim əvəzinə sınıqçı yanına getməyi səhv yanaşma hesab edirlər. Sınıqların müasir avadanlıqlarla diaqnozu mümkündür və sınıq olan yer mütləq rentgen olunmalıdır.

Sınıqçılar rentgen etmədikləri üçün istənilən halda sümüyün əyri bitməsi təhlükəsinin olduğunu inkar etmək olmaz.

Ortoped-travmatoloqlar deyirlər ki, elmin, tibbin bu qədər inkişaf etdiyi vaxtda heç bir təhsili olmayan, hətta damarın, nəbzin haradan keçdiyini bilməyən birinin yanına getmək olmaz. Kortəbii şəkildə sınıq və çıxığı yerinə qoymaq onun ətrafında olan əzələlərə, vətərlərə, damarlara zərər vermək deməkdir.

Ortoped-travmatoloqlar yumurta ilə sınığın, çıxığın sağalmasını gözləməyi düzgün hesab etmirlər.

Bu sual nəinki sadə vətəndaşların, bəzən həkimlərin belə mübahisə obyekti olur, amma nə olur olsun insanlarımız və çöpçülərimiz öz işlərindədir.

Yaxşı, bəs bu çöp həqiqətən varmı və yaxud doğurdan da uşağın boğazında qalırmı? Bunu elm birmənalı inkar edir, belə bir şey yoxdur, amma bunu hamımız bilirik ki, bəzən yediyimiz yeməyin üstündən 1-2 saat keçəndən sonra boğazımızı haykıranda həmin yemək qırıntıları ağzımıza gəlir, deməli uşaqlar bunu bacarmırlarsa həmin qırıntılar boğazda qala bilər. Amma bu qırıntılar biz azərbaycanlılarda yaman çox qalır, məgər Avropada uşaq böyümürmü, axı orada çöpçü yoxdur.

Deməli, uşaqların bilmədən ağzına qoyduqları bərk hissəciklər çox nadir hallarda boğaza ilişib qala bilər, sizin çöpçü yanına apardığınız uşaqların öyrəncəli olduğunu bütün valideyinlər bilir, çünki çöpçü çox təzyiqlə uşağın burnuna üfürür, sonra həmin yemək qırıntıları ilişib qalan kisəcik böyüyür və çöpcüdən asılı vəziyyətə düşürsünüz, hələ bir təhlükəni də deyim burun dəliyi ilə qulaq arasında bir boru var buna yevstax borusu deyirlər, çöpçü təzyiqlə üfürən zaman uşağın qulaq pərdəsi cırıla bilər bəlkədə neçə dəfələrlə cırılıb bilməmisiniz.

Yaxşı bəs nə etməli? Mən sizə təhlükəsiz bu işin həllini deyirəm uşaqlarınız yazıqdır, onlara bir daha bu əziyyəti verməyin.

Əgər çöpdən şübhələnirsinizsə, axşam uşağın hər burun dəliyinə 5-6 damcı zeytun yağı tökün, səhər bir vedrə suyu isidin, bir dəfəyə yavaş-yavaş uşağın təpəsindən bir nöqtəyə tökün, uşağın çöpü öz-özünə gedəcəkdir.

Material internet materialları əsasında hazırlanıb.

Saglamolun.Az















Xəbəri paylaş

3338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___