Dayanacaq marşrut xətti üzərinə yox, avtobus keçməyən əraziyə qoyulub - VİDEO
Tarix: 01-04-2018 | Saat: 09:37
Bölmə:Karusel / Gündəm / Maraqlı / Xəbəraz TV | çapa göndər
Bakın bir küçəsində marşrut xətti var, dayanacaq yoxdur. Digərindən isə marşrut keçməsə də, dayanacaq var...
Söhbət paytaxtın Nəsimi rayonunda Səməd Vurğun parkının qarşısından və metronun "28 may" stansiyasının yaxınlığından gedir.
Səməd Vurğun parkının qarşısında 21 və 175 saylı marşrut xətti fəaliyyət göstərir. Burada avtobusların dayanması üçün nişan qoyulub, yerə dayanacağın olduğunu bildirən zolaq çəkilib. Lakin ərazidə dayanacaq pavilyonları yoxdur.
Metronun "28 may" stansiyasının yaxınlığında da eyni vəziyyət hökm sürür. 46 və 125 saylı marşrut avtobuslarından istifadə edənlər dayanacaq olmaması səbəbindən, xüsusən də havanın yağışlı keçdiyi vaxtlarda problemlə qarşılaşırlar.
Xətai rayonu Afiyyədin Cəlilov küçəsində isə fərqli mənzərə var. Bura dayanacaq qoyulsa da, ərazidən heç bir marşrut xətti keçmir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, agentliyin mütəxəssisləri tərəfindən paytaxt ərazisindəki dayanacaqların vəziyyəti və çatışmazlıqlar barədə kompleks araşdırma aparılıb. Araşdırma zamanı paytaxt ərazisində 200-dən artıq yeni dayanacaq məntəqələri müəyyən edilərək müvafiq nişanlar qoyulub. Hazırda nişanlanan həmin məntəqələrdə pavilyonların quraşdırılması işləri aparılır. Mərhələli şəkildə aparılan bu işlər çərçivəsində artıq şəhərin müxtəlif yerlərində, xüsusən də yeni salınan və əsaslı təmir edilən küçə və prospektlərdə 50-dən artıq dayanacaq pavilyonu quraşdırılıb. Yaxın vaxtlarda isə həm Səməd Vurğun parkının qarşısında, həm də "28 may" metrostansiyasının yaxınlığında dayanacaq pavilyonları quraşdırılacaq.
Afiyəddin Cəlilov küçəsinə gəldikdə isə, qurumdan bildirildi ki, həmin küçədən marşrut xəttinin keçməsi ilə bağlı hazırda iş aparılır.
Xəbəri paylaş
8018 dəfə oxunub.
Digər xəbərlər

28-08-2016, 10:53
“Arsenal”dan iki yeni transfer
28-06-2016, 15:44
Şokoladı soyuducuya qoymayın... - Ərzaqların düzgün saxlanma qaydaları
12-03-2015, 09:09
Hadı Rəcəbli müəllimlərə işdən sonra fəhləlik təklif edir- Müsahibə
25-10-2021, 08:35
"Bunu etsək, pandemiyaya son qoya bilərik" - ÜST
10-08-2016, 12:03
Neslihanla Kadirin bu videosu rekord qırdı - 4 milyon
8-03-2016, 23:03
Onu döyən ərindən 5 milyon istədi
22-02-2017, 11:04
Ermənilər hücum etdilər, itki verib geri çəkildilər - VİDEO
25-12-2018, 11:17
Hicran Hüseynova: İnsanlar öz ailə üzvləri ilə virtual məkanda daha çox vaxt keçirirlər